Bakıda bıçaqlanma hadisəsi baş verib...
Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehrəliyev həmyerlisi ilə mübahisə zəminində bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Mərkəzə yerləşdirilib.
Faktla bağlı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.(apa)
pia.az