Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kuryerlərin karantin macəraları: Başlarına gəlməyən oyun qalmadı

Türkiyədə karantin rejimi ilə əlaqədar insanların sifarişləri kuryerlər vasitəsilə evlərinə çatdırılır...

PİA.az xəbər verir ki, yerli media orqanlarından biri hazırkı vəziyyətdə vətəndaşların kuryerlərlə davranış qaydalarını öyrənmək üçün onların bir neçəsi ilə həmsöhbət olub:

“Qapını açmayanlar, açıb içəridəki otağa qaçanlar var. Bizdən çox qorxurlar”.

Haluk Karasu – “Ən çox təcili olan xırda sifarişlərə əsəbləşirəm. Bir çoxu əli ilə sifarişi götürmək istəmir. Gedib içəridən onu tutmağa nəsə axtarır, bəziləri deyir yerə qoy. Ancaq “yaxınlaş, danış” deyənlər də olur.

Okan Çetin – “Sifarişlər normaldan iki dəfə çox artıb. Bəziləri məhsula toxunmağa qorxur. Başa düşürəm, gündə neçə ədəd belə sifarişə toxunuruq. Ancaq bizim də evdə uşaqlarımız, yaşlılarımız var. Razıyam, ünsiyyəti kəsək, amma hörməti kəsməyək”.

Mesut Tunalı – “14 ildir eyni məhəllədə market işlədirəm. Bu illər ərzində tanıdıqlarımın qapını açmadan Mesut əlindəkiləri yerə qoy gəlib götürüm deməsi təbii ki, xoş təəssürat bağışlamır”.

Fuad Gündəm – “Gündə 16 saat işləyirəm. Buna məcburam. Əlcəkləri dəyişmək imkanımız yoxdur. Çünki hər paket üçün dəyişməliyəm və o qədər əlcək tapa bilmərik. Qapını açıb, bizdən çox uzaqda dayanırlar. Bizə rəsmən virusa yoluxmuş şəxs kimi baxırlar”.

Sinan Kaynak – “Makaron və spirt çatdıra bilmirik. İnsanlar bizdən çox çəkinir, virus daşıdığımızı düşünürlər. Cibimizdə dezinfeksiyaedici məhlullar daşıyırıq. Biz də işləməsək əhali çox çətinlik çəkər”. (lent.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar