Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərişıq”: “Sosial vəziyyəti çətin olan istehlakçılara vaxt verilib”

“Azərişıq” ASC mart və aprel aylarında abonentlərdən ödənişlərin yığılması ilə bağlı xüsusi tapşırığın verilməsi ilə bağlı yayılmış iddiaya münasibət bildirib...

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Konkret.az-a açıqlamasında məlumatın doğru olmadığını söyləyib:

“Müxtəlif şayiələr yayıla bilər. Ancaq “Azərişıq” ASC-nin birinci missiyası hər bir istehlakçısını dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Hazırda bütün ölkə boyu gücləndirilmiş iş rejimində çalışırıq, hər yerdə normal enerji təhcizatı var. “Azərişıq” icraçı strukturdur. Qanunvericilik səlahiyyəti yoxdur.

Şükürlər olsun ki, mart ayında əksər istehsalçılar enerji haqlarını ödəyib və qalanları da ödəyir. Bəli, hazırda sosial vəziyyəti çətin olan istehlakçılar var, onlara da vaxt verilib, diqqət göstərilir. Bu ay ödəyə bilmədiyi təqdirdə növbəti ayda ödəmək şansı yaradılıb və ya elektrik enerjisi borcunu hissə-hissə ödəyirlər. İstifadə olunmuş enerji haqları onlayn qaydada ödənilir, bu barədə problem yoxdur. İstehsalçılarımıza təşəkkür etmək istəyirəm. Nazirlər Kabinetinin nə qərarları olacaqsa, bizim də onlara operativ qaydada riayət etmək borcumuzdur”. (qafqazinfo.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar