Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus Azərbaycanda ərzaq qıtlığı yaratmayacaq - Açıqlama

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda koronavirus infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejiminin müddətinin uzadılması halında ölkənin ərzaq məhsulları ilə təminatında problem yaranacağı ilə bağlı yayılan iddialara cavab verib...

Qurumun mövqeyini nazir müavini İlhamə Qədimova açıqlayıb.

Onun sözlərinə görə, qıtlıq barədə danışmaq düz deyil: "Ölkədə payızlıq buğda və arpa əkinləri koronavirus yayılmadan aparılmışdı. Həmin əkinlər üzrə məhsul yığımı yayda həyata keçiriləcək. Yazlıq əkinləri üçün əkin sahələri müəyyənləşdirilib, hazırda torpaq becərmə işləri, o cümlədən səpinqabağı işlər həyata keçirilir. Gübrə, pestisid, toxum və digər zəruri mal-materiallar öncədən tədarük edilib, aidiyyəti kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib. Yazlıq əkinlər isə aprelin 10-dan başlayaraq may ayının birinci ongünlüyünə qədər davam edir. Hesab edirəm ki, yazlıq bitkilərin əkini və tədarükü ilə bağlı problemlər gözlənilmir. Hazırda əkin aparılacaq sahələrdə mövsumi işlər davam etdirilir. Dövlət tərəfindən bu məhsulların toplanmasında və bazara çıxarılmasında fermerlərə maksimum dərəcədə kömək edilir", - o qeyd edib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar