Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ yeni sistem qurur: “Ümumdünya hökuməti...”

ABŞ indidən gözümüzün qarşısında artıq koronavirusdan sonrakı dünyanın mənzərəsini yaratmağa başlayır. Çin Xalq Respublikasına qarşı iddiaların hazırlanmasıda məhz bu seriyadandır...

Bu sözləri rus ekspert Qriqori Trofimçuk Axar.az-a açıqlamasında ABŞ hüquqşünaslarının Çin hökumətini və ordusunu koronavirusa görə məhkəməyə verməsi və 20 trilyonluq təzminat istəməsi barədə danışarkən deyib. Ekspertin sözlərinə görə, bir çox ölkə hazırda ətraflarında nə baş verdiyini anlamır. Bəziləri isə Moldova kimi artıq sağ qalmaq mübarizəsindədir, çünki öz iqtisadiyyatlarını qorumaq üçün ciddi addımlar atmaq iqtidarında deyillər.

Trofimçukun sözlərinə görə, nadir istisnaları nəzərə almasaq, koronavirus bu və ya digər dərəcədə müstəqil siyasət aparan ölkələri, o cümlədən Avropa dövlətlərini vurur:

“Daha dəqiq desək, postsovet və Avroasiya məkanının yenidən qurulması prosesi davam edir, sadəcə olaraq fərqli üsullarla. Bəzi dövlətlər pandemiyadan sonra Qərb kreditləri ilə tilova keçiriləcək, digərləri isə bu istiqamətdə daha asılı vəziyyətə düşəcəklər. Burada əsas məsələ Vaşinqtonla Ər-Riyadın birlikdə neftin qiymətinin aşağı salınmasına nail olması və bunu hansı müddətə qədər nəzarətdə saxlaya biləcəkləridir. Əgər onlar bundan sonra da bu mövqedə qalmağa davam etsələr, bu, iki böyük gücün konkret dövlətləri, o cümlədən, postsovet məkanındakı ölkələri məhv etmək niyyətindən xəbər verəcək”.

Politoloq, həmçinin 11 sentyabr 2001-ci ildə Dünya Biznes Mərkəzinə edilən hücumdan sonra baş verənləri xatırladaraq deyib:

ABŞ bu hadisəni “beynəlxalq terrorun” təzahürü olduğunu elan etdi və dünya ictimaiyyətini bu prosesi dəstəkləməyə təhrik etdi. Hazırda, 2020-ci ildə dünya idarəçiliyinin ikinci mərhələsi – əvvəlki kimi vahid mərkəzdən və daha texnoloji üsullarla idarəsinin yeni dövrü başlayır. Biz görürük ki, yenə də bütün dövlətlər başqası tərəfindən hazırlanan proqrama itaətlə əməl etməyə başlayıb. Bu azmış kimi, artıq baş verənləri koordinasiya edəcək “müvəqqəti” ümumdünya hökumətinin yaradılması çağırışları eşidilir. Daha sadə dillə desək, postsovet məkanı parçalanmağa davam edəcək. Əlbəttə ki, onlar birləşib birgə müqavimət göstərə bilərlər, lakin əslində bu, qeyri-real səslənir. Çünki bunun üçün ən azından aşağıdakı iki faktoru nəzərə almaq lazımdır: a) koronavirus təhdidini tibbi deyil, siyasi baxımdan ortaq dəyərləndirilməsi; b) birgə əks-tədbirlər həyata keçirmək (təkcə tibbi baxımdan deyil). Nə qədər ki, biz bir-birimizə virusa qalib gəlmək üçün məsləhətlər veririk, ABŞ öz strateji və qlobal məsələlərini həll edir”.

pia.az


Etiket: ABŞ Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar