Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlıda təhlükəli vəziyyət: rayonda karantin qaydalarına əməl olunmur

Dünyanı cənginə alan koronavirus epidemiyası ilə əlaqədar paytaxtda və rayonlarda tibbi maska qıtlığı yaşanır...

Sosial şəbəkələrdə və ayrı-ayrı KİV-lərdə ən çox müzakirə edilən mövzulardan biri də apteklərdə maskanın baha satılması və ya ümumiyyətlə tapılmamasıdır.

Saatlı rayonunun mərkəzində və kəndlərində tibbi spirt və tibbi maska qıtlığının yaranması sakinlərin haqlı etirazına səbəb olub.

Redaksiyamıza müraciət ünvanlayan sakinlər Saatlı rayonunda koronavirusdan qorunmaq üçün zəruri ləvazimatların - maska və spirtin olmamasından narazılıq edirlər.

Qeyd olunur ki, rayon ərazisində, kəndlərdə tibbi maska satılmır. Aptek işçiləri tibbi maska üçün müraciət edənlərə "yoxdur",- cavabı verərək vətəndaşları geri qaytarırlar. Depolarda ancaq litirlik (böyük ölçülü) spirtlərin olduğu vurğulanır.

Bununla bağlı rayon sakinləri icra nümayəndəliyinə və digər cavabdeh şəxslərə müaricət etsələr də, müaricətləri cavabsız qalıb.

Aldığımız digər məlumatda isə iddia olunur ki, rayon ərazisində ümumiyyətlə dezinfeksiya işləri aparılmır.

Sakinlər, rayon rəhbərliyindən, rayondan Milli Məclisə seçilmiş şəxslərdən və aidiyyatı orqanlardan tələb edirlər ki, ümumrespublika səviyyəsində aparılan karantin qaydalarına ciddi əməl olunmasına köməklik göstərsinlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar