Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəran Şəhər İcra Hakimiyyəti təkzib edir

İcra hakimiyyəti: “Rayonun sosial-iqtisadi inkişafı sahəsində işlər sürətlə davam etdirilir, dövlət tərəfindən ayrılan vəsait istiqaməti üzrə sərf olunur, mühüm sosial əhəmiyyətli infrastruktur layihələr həyata keçirilir”...

PİA.az zəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti internet resurslarda rayon rəhbərliyi haqda yayılan məlumatlara münasibət bildirib.

“Elşən Qafarov adlı “YouTube” istifadəçisinin müxtəlif vaxtlarda internet informasiya ehtiyatındakı şəxsi kanalı vasitəsilə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının digər rəhbər işçiləri və rayonun sosial-iqtisadi inkişafı barədə yayımladığı video-müraciətə cavab olaraq bildiririk ki, müəllifin fikirləri tamamilə əsassızdır və daha çox böhtan, şər xarakteri daşıyır.

Belə ki, Elşən Qafarov əvvəllər də, Lənkəran Şəhər İcra Hakimiyyətinin fəaliyyəti barədə həqiqəti əks etdirməyən informasiyalar yaymaqla ictimai rəydə çaşqınlıq yaratmağa, rayon sakinlərində dövlət siyasətinə inamsızlıq formalaşdırmağa çalışmış və dövlət hakimiyyəti orqanlarıa qarşı çağırışlar etmişdir.

Müəllifin yalan və heç bir reallığı əks etdirməyən informasiyalarına şəhər İcra hakimiyyəti tərəfindən dəfələrlə ətraflı münasibət bildirilməsinə baxmayaraq Elşən Qafarov qərəzli şəkildə İcra hakimiyyətinin rəhbər işçiləri barədə əsaslandırılmamış böhtanlar səsləndirir və onların şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymaqda, rayonun sosial-iqtisadi inkişafı və sakinlərin rifah halının yaxşılaşdırılması ilə bağlı görülən işlərə məqsədli şəkildə kölgə salmaqda davam edir.

Bununla əlaqədar bir daha bildiririk ki, Lənkəran Şəhər İcra Hakimiyyəti yerli İcra hakimiyyətləri haqqında Əsasnamənin tələblərini əldə rəhbər tutaraq rayonda siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrinə aid dövlət siyasətinin və ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasını təmin edir. Cənab Prezidentin ardıcıl diqqəti və qayğısı ilə rayonun sosial-iqtisadi inkişafı sahəsində işlər sürətlə davam etdirilir, dövlət tərəfindən ayrılan vəsait istiqaməti üzrə sərf olunur, mühüm sosial əhəmiyyətli infrastruktur layihələr həyata keçirilir.

Belə ki, son illərdə ən müasir tələblərə cavab verən 44 məktəb binası tikilib istifadəyə verilib, 100 mindən çox sakinin gündəlik olaraq istifadə etdiyi 200 km-lik 7 kəndlərarası və magistral yol layihəsi icra olunub, şəhərdaxili küçələr asfaltlanıb, yeni körpülər salınıb, uzun illərdən sonra çoxmənzilli binalarda bərkitmə-möhkəmləndirmə işləri aparılıb, dam örtükləri və fasadlar əsaslı şəkildə yenidən qurulub, qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin 98 faizi qazlaşdırılıb, içməli su xətti çəkilib. Aqrar sahədə işin həcmi dəfələrlə artıb, məhsul istehsalı çoxalıb, yeni çay, çəltik, sitrus plantasiyaları salınıb, kənd əhalisi üçün yaşadığı ərazidə yeni iş yerləri yaradılıb. Əldə olunan iqtisadi artım hesabına rayon artıq bir neçə ildir mərkəzdən dotasiya almır və yerli büdcəsini daxili imkanlar hesabına formalaşdırır.Butun bunlar barədə vaxtında kütləvi informasiya vasitələrində geniş, əhatəli, həm yazılı, həm də video-görüntülü məlumatların yayımlanmasına baxmayaraq Elşən Qafarovun bunları açıq-aşkar və bilərəkdən inkar etməsi, hətta dövlətin elan etdiyi rəsmi statistik məlumatları belə nəzərə almaması müəllifin qərəzli mövqe tutduğunu sübut edir. Bir daha Elşən Qafarova Lənkərana gəlib rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuq işləri ilə yerindəcə tanış olmasını, özünün söylədiyi əsassız iddiaları yerindəcə dəqiqləşdirməsini tövsiyyə edirik. Unutmaq lazım deyik ki, reallığı inkar edib yalan, əsassız informasiya yaymaq heç kimə şərəf gətirmir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar