Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kölgə iqtisadiyyatda çalışanların vəziyyəti ağırlaşır -Dövlət onlara yardım edəcəkmi?

Qeyri rəsmi gəliləri olan kasıb insanların sosial ehtiyaclarının ödənilməsi üçün hökümət təcili hansı addımları atmalıdır?...

Hüquqşunas: “Məsələdən çıxış yolu kimi mən yalnız onu görürəm ki, dövlət gəliri olmayan və yaxud da aylıq gəliri az olan şəxslərə dəstək paketi versin”. 

“Dövlət günəmuzd işləyənlərə kömək etmək istəyir. Amma dövlət bilmir ki, kimlər günəmuzd işləyib”.

Bu sözləri hüquqşunas Əkrəm Həsənov Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimindən sonra əhalinin sosial vəziyyətinin pisləşməsinin həlli yollarını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi sosial təminatdan məhrum olan, xüsusən günəmuzd işləyən çoxlu sayda kasıb insanın işsiz qalmasına yol açıb. Qeyd edək ki, PİA.az-a müraciət edən onlarla qeyri-rəsmi çalışan insan iişləmədikləri üçün tam köməksiz və ağır vəziyyətdə olduqlarını dilə gətirirlər.

Bəs bu insanların sosial ehtiyaclarının ödənilməsi üçün hökümət təcili hansı addımları atmalıdır və bu addımlar gecikmirmi? Ümumiyyətlə pandemiya dönəmində Azərbaycnda kölgə iqtisadiyyatda çalışanların sosial təminat problemləri öz həllini necə tapmalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hüquqşunas Əkrəm Həsənova müraciət edib.


Əkrəm Həsənov: “Məsələdən çıxış yolu kimi mən yalnız onu görürəm ki, dövlət gəliri olmayan və yaxud da aylıq gəliri az olan şəxslərə dəstək paketi versin”.

Dövlətin gəliri olmayan və yaxud da aylıq gəliri az olan şəxslərə dəstək paketi verməli olduğunu vurğulayan hüquqşunas PİA.az-a açıqlamasında əlavə edib ki, bu məsələdə ciddi problemlər yarana bilər:

“Burada məsələ birmənalı deyil. Çünki rəsmi gəliri olan şəxslərdə problem yoxdur. Yəni rəsmi gəliri olanlar yenə də əməkhaqqların alırlar. Bu barədə dövlət də bəyan etdi ki, heç kəsi ixtisara salmasınlar, işdən çıxarmasınlar və maaşlar da veriləcək. Həmçinin onu da qeyd edim ki, dövlət sahibkarlara da kömək etməlidir ki, onlar işverən olaraq işçilərin maaşlarını verə bilsinlər.

Pensiya, sosial müavinatlarda da heç bir problem yoxdur. Dövlət bu barədə öz işini görür. Əgər günəmuzd işləyən şəxlər rəsmi işləyirdilərsə, dövlətə vergi ödəyirdilərsə, onlar da indi dövlətə müraciət edə bilərlər ki, hər ay bu qədər işləyirdim və vergimi ödəyirdim, indi isə işim yoxdur, mənə yardım edin. Bu şəxlər barəsində də dövlət tədbir görə bilər. Amma biz bilirik ki, belə şəxslərin gəliri əsasən qeyri-rəsmidir.

Son illərdə dövlət iqtisadiyyatın şəffaflaşdırılması və kölgə iqtisadiyyatı ilə mübarizədədə xeyli addım atıb. Amma yenə də ölkədə kölgə iqtisadiyyatı kifayət qədər böyükdür.

Gəlin belə təsəvvür edək ki, dövlət günəmuzd işləyənlərə kömək etmək istəyir. Amma dövlət bilmir ki, kimlər qeyri-rəmi olaraq günəmuzd işləyir. Çünki onlar dövlətə vergi ödəməyiblər. Bu halda hətta günəmuzd işləməyənlər də deyə bilərlər ki, biz işləyirdik, gündəlik bu qədər gəlirimiz vardı, amma indi yoxdur. Onun işləmədiyini ya da işlədiyini sübut etmək olmur.

Əkrəm Həsənov: “İcra qurumları ailə üzvlərinin ümumi gəlirinə baxaraq qərar qəbul etməlidirlər və bunun üçün Nazirlər Kabineti pandemiya zamanını əhatə edən, müvəqqəti keçərliliyi olan qərar qəbul etməlidir”.

Həm də belə problem ondadır ki, bu adamların ortaya çıxması sahibkarlara sərf eləmir. Məlum olur ki, onları işlədən sahibkar vergidən yayınıb və bu insanların sosial ödənişləri olmayıb. Bu da əlbəttə ki, ciddi problemdir. Buna görə də məsələdən çıxış yolu kimi mən yalnız onu görürəm ki, dövlət gəliri olmayan və yaxud da aylıq gəliri az olan şəxslərə dəstək paketi elqn etsin.

Amma burada da problem ola bilər. Yəni bəlkə də ehtiyacı olmayan şəxslər də həmin dəstək paketindən yararlanacaqlar. Bu da məsələnin digər tərəfidir. Tutaq ki, bir qadın evdardır, amma yoldaşının gəliri onu təmin edir. İndi o da gəliri olmayan şəxlərdən sayılacaq. Buna görə də hüquqi cəhətdən bu məsələrə aydınlıq gətirmək çətindir. Mən hesab edirəm ki, icra qurumları ailə üzvlərinin ümumi gəlirinə baxaraq qərar qəbul etməlidirlər və bunun üçün Nazirlər Kabineti pandemiya zamanını əhatə edən müvəqqəti keçərliliyi olan qərar qəbul etməlidir.

Bütün bunlara görə ciddi araşdırma aparılmalıdır. Araşdırmaq üçün də dövlətə vaxt lazımdır. Bəlkə də Parlament bununla bağlı xüsusi qanun qəbul etməlidir. Amma araşdırma da bir günün içində mümkün deyil”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar