Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Banklar kredit ödənişlərinə tətil verməkdə niyə maraqlı deyil?

Ekspert: “Bina görə banklara güzəştlər edilməlidir”
Koronavirus epidemiyasının yaratdığı iqtisadi çətinliklərin təsirini azaltmaq üçün müxtəlif ölkələrdə müxtəlif tədbirlər həyata keçirilir. Bir sıra ölkələrdə əhaliyə birbaşa vəsaitlər ödənilir, fərdi şəxslərin, eləcə də kiçik və orta sahibkarların kredit ödənişlərində tətillər tətbiq olunur və sair.

Azərbaycanda da həm kiçik və orta sahibkarlar, həm də əhali sərt karantin tədbirləri üzündən gəlirlərindən məhrum olublar. Bu şəraitdə vətəndaşların həm dövlətdən, həm də banklardan əsas gözləntisi ödənişlərə tətillərin verilməsidir. Hökumətin müxtəlif təbəqələrə dəyən zərərlərin müəyyənləşdirilməsi, onun yüngülləşdirilməsi üçün təklifləri hazırlayacaq yaratdığı İşçi qrupları hələ fəaliyyətlərini yekunlaşdırmayıb. Buna görə də hansı qərarların qəbul olunacağı məlum deyil.

Maraqlıdır ki, əksər ölkələrdə özəl sektor olan bank sistemi özü kredit tətillərinin verilməsi təşəbbüsü ilə çıxış edir. Onların bu təşəbbüsünə dəstək verən hökumətlər bankların tətillərə görə üzləşdiyi zərərin bir qismini kompensasiya edir. Azərbaycanda isə banklardan əhaliyə kredit tətillərinin verilməsi istiqamətində hər hansı təşəbbüskarlıq nəzərə çarpmır.

İqtisadçı-ekspert Samir Əliyev Musavat.com-a bildirdi ki, xeyli sayda ölkədə əhalinin xeyrinə kreditlərlə bağlı güzəşt xarakterli addımlar atılır: “Türkiyədə kredit ödənişləri 3 aylığa dondurulub, Rusiyada kreditlərin restrukturizasiyası həyata keçirilir və sair. Azərbaycanda da vətəndaşlar və sahibkarlar analoji addımların atılmasını gözləyirlər. Bildiyiniz kimi, 2015-2016-cı illər böhranından sonra bir çox biznes subyektləri götürdükləri kreditləri hələ qaytarıb başa çatdırmayıblar. İndiki vəziyyətdə onlar yenidən problemlə üzləşirlər. Ona görə də hesab edirəm ki, Azərbaycanda da əhaliyə və biznesə kredit ödənişlərində bir neçə aylıq fasilə verilməlidir”.

Ekspertin sözlərinə görə, banklar özəl olduğu üçün dövlətin bu məsələyə müdaxiləsi yolverilməzdir: “Mərkəzi Bank isə yalnız tövsiyə verə bilər. Yəni Mərkəzi Bankın banklardan kredit faizi istəməməsini tələb edə bilməz. Sadəcə, Mərkəzi Bank kredit tətillərinin verilməsi nəticəsində bankların üzləşdikləri zərərə görə onlara bəzi stimullaşdırıcı güzəştlər etməlidir. Məsələn, aktivlərin təsnifləşdirilməsi haqqında qaydalar var. Orada kreditlərin qaytarılması müddətinə əsasən təsnifləşdirmə aparılır. Yəni kreditlərin gecikdirilməsi müddətinə görə banklar ehtiyat ayırırlar. Bu ayrılan vəsaitləri banklar kreditə yönəldə bilmirlər. Mərkəzi Bank qaydaların bu müddəasını kredit tətili müddətində dondurmalıdır. Banklar verdikləri kreditlərin həcminə görə də ehtiyat ayırırlar. Bunu da dayandırmaq olar”.

S.Əliyev qeyd edir ki, yaranmış vəziyyətdə bankların kredit vermək imkanları azalıb: “Vəziyyət elədir ki, kredit götürənlərin sayı kəskin azalıb. Bu şəraitdə banklar əmanətlər üzrə faizləri ödəməkdə çətinliyə düşəcəklər. Eyni zamanda böhran şəraitində əhali əmanətlərini geri götürə bilər. Bu isə banklar üçün daha böyük problem yaradacaq. Azərbaycanda kreditlərin 1/5-i ticarət və xidmət sektorunun payına düşür. O sahələrdən ödənişlər olmasa, banklar üçün əlavə problemlər yaranacaq. Özü də hazırda banklar işçilərinin bir qismini evə göndərib, amma əmək haqqı verməyə davam edir. Bütün bunlar deməyə əsas verir ki, banklar böhrandan zərərçəkən sahibkarlıq subyektləri sırasına daxil edilməli və dövlət onlara da dəstək verməlidir”.

Onu da qeyd edək ki, əhaliyə kredit ödənişlərində tətil verilməsi məsələsinin hökumətin gündəmində olub-olmadığını öyrənmək üçün Mərkəzi Banka sorğu ilə müraciət etmişdik.

Müraciətə verilən cavabda bildirilir ki, Azərbaycanda anti-böhran tədbirlərinin hazırlanmasına məsul işçi qruplarının fəaliyyəti davam edir: “İşçi qruplarının fəaliyyəti başa çatdıqda bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”.

pia.az


Etiket: Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib

Ən çox oxunanalar