Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Habil Əliyevin qızı koronavirusa yoluxdu - Açıqlama

Mərhum Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva koronavirusa tutulub...

Vəfa Əliyeva xəstəxanada karantin rejimində olduğunu bildirib:

“Hazırda xəstəxanadayam. Məndə heç nə yox idi. Dördüncü gün səhər yuxudan oyananda qızdırmam olduğunu gördüm və artıq evdən çıxmadım. Mən özüm həkiməm, ona görə də belə halları başa düşürəm. Çünki xəstəlik, ümumiyyətlə, qızdırma periodunda yoluxdurur.

Qızdırmam əsasən 37.1, 37.2, 37.3 olurdu. Sizə deyim ki, elə yüksək hərarət yox idi. Həmin gün iki saatdan bir qızdırmamı ölçdüm. Üç gün dalbadal qızdırmam qalxıb düşdü. Qızdırma ilə yanaşı, tək-tək öskürək də vardı. Ondan sonra özüm “Referans” laboratoriyaya zəng vurdum.

Analizləri götürdülər, nəticələr müsbət çıxdı. Özüm gəldim Tədris Terapiya Mərkəzinə, dedim, istəyirəm, gedib müalicəmi alım, həkimlərin əlinin altında olum, qorxuram”.

Vəfa Əliyeva daha sonra əlavə edib:

“Evdə ailə üzvlərimi də karantinə alıblar, onlardan analizlər götürülüb. Üç-dörd günə cavab gələcək. Bu gün ciyərlərim rentgen olundu. Qan analizim təmiz çıxdı. Hər şey təmiz çıxdı, amma virusa yoluxmuşam. İmmunitetim, görünür, davamlı imiş ki, belə ağır keçirmədim. İndi sistem köçürülür.

Mən iyirmi beş min adama cavabdeh olan poliklinikada işləyirəm. Sonuncu günləri gücləndirilmiş iş rejimi ilə işlədim. Heç evə getmədik. Sutkalarla işdə qalırdım. İmmunitetim aşağı düşdü. Görünür, kimdəsə olub, kontaktda olmuşam, düşüb. Dünən bura 25 nəfər adam gətirilib. Əksəriyyəti də həkimdir.

Hazırda mən bir xanımla iki nəfərlik otaqda sistemin altındayam. Deyirlər ki, yoluxan həkimlər çoxdur. Həkimlərin yoluxması normaldır. Özümü psixoloji cəhətdən möhkəm saxlamağa çalışıram. Allaha şükür, dövlətimiz hər cəhətdən kömək edir. Dərmanlarımız, təchizatımız, savadlı həkimlərimiz var. Əgər hər şey yaxşı olsa, on dörd gündən sonra buraxacaqlar”.(kulis)

pia.az


Etiket: Vəfa Əliyeva


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar