Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mikayıl Cabbarov Prezidentin ayırdığı 1 milyardın hara xərclənəcəyini açıqlayıb

1 milyard manat hara xərclənəcək?...

“Biz iqtisadiyyatımızı sağlam, dayanıqlı və rəqabətədavamlı bir iqtisadiyyat kimi görmək istəyirik. Biz dar günündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, gündəlik fəaliyyətində yüksək sosial-korporativ hissini qoruyan bir iqtisadiyyatı görmək istəyirik. Biz növbəti günlər və həftələr ərzində koronavirus pandemiyasının iqtisadiyyata mümkün təsirlərini aradan qaldırmağa istiqamətlənmiş proqramların son dizaynını həm həmkar qurumlarla, həm də özəl sektorun nümayəndələri ilə bəlli bir son nəticəyə gətirəcəyik. Cənab Prezidentin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşdırmayaraq daha geniş bir proqram şəklinə gətirə bilək”.

PİA.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ilk olaraq qarşımza çıxan 1 miyard manatlıq proqram mövcud kredit portfelinin dəstək proqramıdır.

"Məlumdur ki, bir sıra sahibkarlarımızın bank kreditləri var. Biz bu kreditlerin elementlərini digər həmkar subyektlərlə birgə müəyyənləşdirəcəyik. Əsas hədəfimiz biznes kreditləridir. Ola bilsin ki, sözügedən proqram çərçivəsində müəyyən həcm istehlak kreditlərinin dəstəyinə də ayrılsın. Əsas parametrləri özümüz üçün müəyyənləşdirmişik. Dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən kreditlərin faizlərinin ödənməsində faiz dərəcəsinin yükünü 10 faizə qədər endirə bilər. Dövlət Sahibkarlıq Milli Fondu vasitəsilə həmin faizlərin ödənilməsinə dəstək verəcək”. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar