Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus zənginlərin yuxusunu "ərşə çəkib"

Zənginləri koronavirus vahiməsi bürüdü...

Milyonlarla insan, o cümlədən də varlı təbəqə dünyada tüğyan edən koronovirus epidemiyasından ciddi cəhdlə qorunmağa çalışır. Lakin varlıların epidemiyadan özlərini təcrid etməsi dezenfeksiyaedici vasitələrin alınmasından, marketlərin piştaxtalarındakı ərzaq məhsullarının ehtiyat tədarükündən ibarət deyil.

Dünyanın zəngin insanları Covid-19-a yoluxmamaq məqsədilə icarəyə şəxsi təyyarələr götürür, uzaq adalara yola düşür, tənha villalara çəkilir, xüsusi olaraq hazırlanmış bunkerlərdə bu fəlakətdən özlərini qorumağa çalışırlar. Onlardan bir çoxu hər ehtimala qarşı özləri ilə şəxsi həkimlərini, tibb bacılarını da aparırlar.

Britaniya mətbuatının yazdığına görə, son həftə ərzində Londondakı zəngin təbəqə özəl klinikalarda koronovirus testlərindən keçmək üçün həkimləri az qala mühasirəyə alırlar.

Böyük Britaniyanın diaqnostik mərkəzlərində varlılara bu testdən yalnız koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin keçirilməsi vacib olduğu bildirilir.

“Zənginlər klinikaya gələrək testdən keçmək istəyirlər. Şəxsi yoxlama üçün pul ödəyə biləcəklərini deyirlər. Təəsüf ki, biz onları yoxlaya bilmərik. Çünki Səhiyyə Nazirliyi tərəfindən göstəriş verilib ki, bütün testlər mərkəzləşdirilmiş şəkildə NHS və Public Health Englandda keçirilsin" – özəl klinikanın direktoru Mark Ali belə deyir.

Adının açıqlanmasını istəməyən özəl klinikalardan birinin əməkdaşı “The Guardian” nəşrinə açıqlamasında sağlamlığından narahat olan varlı təbəqənin testdən keçmək üçün klinikada növbəyə dayandıqlarını bildirib.

“Varlı müştərilər stress içərisindədirlər. Onlar Covid-19 vaksini üçün yalvarırlar. Halbuki alimlər vaksinin hazırlanmasının ən azı bir il çəkəcəyini deyiblər. Bir çoxlarına qripə qarşı ümumi peyvənd edilib. Onlarla tibbi konsultasiya aparmışıq, özlərini qorumağı məsləhət görmüşük”- ürək-damar cərrahı Ali deyir.

Həkim deyir ki, klinikaya müraciət edən zənginlər immun sistemini möhkəmləndirmək üçün minerallar və vitaminlərdən ibarət venadaxili iynələr vurulmasını xahiş edirlər: “Yaşlı insanların 90 faizində vitamin çatışmazlığı var. Vitaminlər immun sistemini möhkəmlədir. Vitamin C, B 12, qlutation, sink və aminturşular kompleksi - arginin, taurin, lizin və sitrullin kimi komplekslərin venadaxili qiyməti 350 funt dəyərindədir”.

Home Depot şəbəkələrinin həmtəsisçisi 84 yaşlı milyarder Ken Lenqon isə tibbi məsləhət almaq üçün Nyu-York universitetinin aliminə zəng vurub.

Şəxsi təyyarələrin sifarişi ilə məşğul olan firmanın icraçı direktoru Adam Tvid jurnalistlərə açıqlamasında deyib ki, zənginlər koronovirusdan qorxusu ilə evlərindən birbaşa evakuasiya edilərək ölkədən çıxırlar: “Bəziləri yaşlı turistlərdir, kimisinin sağlamlıq problemləri var. Hava limanında camaat arasında narahat olmaq istəmirlər. Ona görə də öz ailəsinə şəxsi təyyarə sifariş edirlər. Biz elə indicə Fransanın cənubundan Londona bir qrup apardıq. Onların arasında zəifləmiş, immuniteti zəif olan sərnişinlər vardı”.

Firma rəhbəri deyir ki, çox zəngin müştərilər İtaliyadakı epidemiya təhlükəsindən sonra Britaniyadan və başqa Avropa ölkələrindən şəxsi uçuşlar sifariş edirlər.

Zənginlərin böyük əksəriyyəti koronovirus təhlükəsindən qorunmaq üçün öz bunkerlərində gizlənirlər, heç kimlə ünsiyyət qurmurlar, ziyartəçilərdən imtina edirlər.

Xatırladaq ki, bundan əvvəl zənginlərin koronavirusdan qaçmaq üçün özlərinə Karib hövzəsində ins-cins yaşamayan adalar aldığı, yaxud Şotlandiyanın qədim qəsrlərinə üz tutduqları məlum olmuşdu. Habelə onlardan bəziləri yaşadıqları malikanələrə virusun keçə biləcəyindən ehtiyat edərək yaxtalarında özlərini karantinə aldıqları bildirilirdi. (Virtualaz.org)

pia.az

 


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar