Cümə axşamı, 04 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Amerika koronavirusa çoxdan hazır idi? - Pandemiya günbəgün böyüyür...

Mayk Pompeo: “Naməlum bir cisim bir neçə ay ərzində bizi iqtisadi böhrana sürükləyəcək və hər bir ölkəyə təsir edəcək. Lakin ən sürətli şəkildə güclənən ölkə də biz olacağıq”...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 31 mart 2020-ci il

Bütün dünya evində oturub. Zavodlar dayanıb, magistral yollar boşaldılıb, ofislər səssizliyə bürünüb, məktəblərə fasilə verilib, idman matçları təxirə salınıb, NBA dayanıb, şou-biznes dünyası səsini kəsib, kinoteatrlar ləğv edilib. Yəni bir sözlə, ozon təbəqəsi nəfəs aldı, çirklənmə azaldı və dünya özünü bərpa etməyə başladı.

Hər kəs haqlı olaraq nə baş verdiyini anlamaq istəyir. Evdə oturan, işini itirən və sərvətlərinin necə əridiyini izləyən hər kəs üçün ən vacib məsələ budur.

Hamı bacardığı qədər həqiqəti deməyə çalışır. Düşünürəm ki, məsələyə fərqli prizmadan yanaşmaq lazımdır.

Amerika Birləşmiş Ştatlarının son 30 ildə baş verən hansı hadisəyə necə reaksiyasını diqqətlə qeyd edirəm. Əsas məsələnin dollar olduğunu başa düşürəm. Bu səbəbdən, baş verənlərə əvvəldən koronavirus kimi yox, iqtisadi virus kimi yanaşdım. Bununla da diqqətlə baxdıqda ABŞ-da iqtisadi hazırlıq gördüyünü başa düşdüm. Məqsədinə çatıb-çatmayacağını bilmirəm. Lakin onu bilirəm ki, planları tamamilə iqtisadidir. Digər dövlətlərin pulu ilə imperiya quran bu qüvvə valyuta üçün dəyişiklik edəcək.

Bəs koronavirusun təsiri nə qədər davam edəcək? Dünya bu sualın cavabı ilə maraqlanır. Bununla belə, koronavirusun ABŞ-a da təsiri olacaq və ciddi ölümlərdən sonra azalmağa başlayacaq.

Bəs koronaya qarşı bir dərman yoxdurmu? ABŞ-dakı bəzi xüsusi simalar belə cavab verir: illər əvvəl Kubada hazırlanan “Interferon Alfa 2b”in Covid-19-u məhv etdiyini Amerika Dərman Agentliyi təsdiqləyib. “İnterferon Alfa 2b”dən istifadə edən yaşlı xəstələr belə sağalıblar. Ancaq bu virusu yaradan komanda bunun təsirlərinin neçə ay daha davam etməsini istəyir.

Beləliklə, Covid-19-u bitirən bir dərmanın olduğu iddia edilir, lakin vaxtını gözləyirlər.

Dərman olsa da, olmasa da, bu plan uğurla irəliləyir. Bir çox ölkə iqtisadi cəhətdən çöküb. Yeni sistemdə Dərin Amerika 150 ölkənin tamamilə ondan asılı olmasını istəyir. Sistem də yavaş-yavaş bu yöndə inkişaf edir. ABŞ-ın Dövlət Katibi Mayk Pompeo koronavirus barədə: “Bu iqtisadi müharibədə qələbə bizim olacaq”, deyib. Bu, nə deməkdir? ABŞ Dövlət Katibi açıq şəkildə iqtisadiyyatın bu işin mərkəzində olduğunu deyib. Yəni bu müharibənin qarşısında da bir gücün olduğuna işarə edib.

Görünən odur ki, Amerika bir neçə ildir gizlicə bu müharibəyə hazırlaşıb. Tramp da bununla bağlı çox işarə vermişdi. Mayk Pompeonun yanvar ayında ölkənin ən önəmli iqtisadçıları ilə olan görüşü gizli keçirilib. Məlum oldu ki, iqtisadi çöküşdən sonra ən sürətli bərpa olunan ölkə ABŞ olacaq.

Həmin görüş keçirilən zaman heç kimin Covid-19-dan xəbəri yox idi. Çin də hələ bu epidemiyanı elan etməmişdi. Lakin Pompeo iqtisadçılara: “Naməlum bir cisim bir neçə ay ərzində bizi iqtisadi böhrana sürükləyəcək və hər bir ölkəyə təsir edəcək. Lakin ən sürətli şəkildə güclənən ölkə də biz olacağıq”, deyib.

İndi heç kim deyə bilməz ki, virus ABŞ iqtisadiyyatına zərbə vurmayıb. ABŞ isə çökən iqtisadiyyatdan sonra sürətlə yüksələcəyinə inanır. Bəs bu, necə olacaq? Dollar çap etmək səlahiyyəti olmayan ABŞ Maliyyə Nazirliyi belə buna qarantiya verir. Deməli, bu yaxınlarda yeni bir sistemə keçid olunacaq: mərkəzdə ABŞ-ın olacağı, amma FED-in olmayacağı bir sistem. Dərin Amerika hər kəsi özü ilə birlikdə aşağı çəkəcək və sonra da özü ən üstdə olacaq. Məqsəd budur.

Pulun yenə ən böyük güc olacağı, lakin FED-in olmayacağı bir sistem qurulub. Görünür, hər şey hazırdır. Təkcə Pompeonu belə diqqətlə izləsəniz, hər şeyi başa düşəcəksiniz. Əgər belə olsa, FED Amerika Maliyyə Nazirliyinə birləşdiriləcək və strukturu tamamilə dəyişəcək. Yəni heç kim bir də FED-in adını eşitməyəcək.

Qeyd edim ki, əsas məqsəd bu olsa da, bunu etmək heç asan olmayacaq. Çünki ABŞ-ın ən varlı 500 iş adamından 490-i buna etiraz edəcək. Axı onlar FED-in indiki quruluşu sayəsində zəngin oldular. Əks təqdirdə hamısı öz sərvətini itirəcək.

Bəlkə də, çoxları bir gündə sıfırlanacaq. Buna görə də yeni sistemə keçid asan başa gəlməyəcək. Dərin Amerika bu barədə düşünərkən Stiv Bolmer, Fil Nayt, Rey Dalio kimi varlılar həmişə geri planda qalanlar indi yeni sistem haqqında müzakirə aparırlar. Özlərinə qarşı bir əməliyyat keçirilməsi ehtimalını qiymətləndirirlər.

Digər məsələ də budur ki, 2020-ci il prezident seçkilərinə az vaxt qalmış kəskin qərarlar qəbul edilə bilərmi? Əsas sual budur.

Koronavirusu yaradan komanda ABŞ-dakı yerli ictimaiyyətin bundan ciddi şəkildə təsirlənəcəyini bilirdi.

Rəsmi mənbələr “200 min amerikalı öləcək” dediyi zaman ölkədə təzyiqin nə qədər yüksələcəyi bəlli idi. Bu müddət ərzində Trampın da zərər çəkəcəyi məlumdur.

Bütün dünya evə yığılıb, tək söz sahibi dövlətlərdir. Hər rəhbər evində, köşkündə, sarayındadır. Bütün qərarları dövlətlər qəbul edirlər. Hazırda onlarla ölkə dollara görə BVF-nin qapısına düşüb. Görəsən, Dərin ABŞ FED-i böyü ailələrdən alsa nələr olacaq? Bu halda ölkələr birbaşa kimə borclu olacaqlar? İdarəetmə kimdə olacaq? Qərarları kim verəcək? Problem budur. Bu vəziyyətdə koronavirus sadəcə bir vasitədir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Operativ Qərargah: Ərzaqlarınızı əvvəlcədən alın

“Yazılan məlumatların hamısı şər və böhtan xarakterlidir” – Səfir danışdı

Yas mərasimində yoluxma - qardaş və bacı ölümünə səbəb oldu

İki ay ərzində küçəyə çıxma qadağası təklif edildi - Rəsmi

Deputat: "Həftəsonu çölə çıxma qadağasının tətbiqi nəticə verəcək"

Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur - Yenilənib

Həftəsonları dükan və apteklər də bağlana bilər

Etibar Məmmədov: "Pənah Hüseynə bildirmişəm ki, bunun nəticəsi sizin üçün pis olacaq"

Cavid Qurbanovun oğlunun biznesi - Siyahıda "KFC"-dən başqa nələr var?

Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırılır

Ali Məclisin sədrinin oğlu daha iki şirkət təsis etdi

loading...

Ən çox oxunanalar