Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə koronovirusla bağlı maarifləndirmə işləri diqqət mərkəzindədir

Tərtər rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılmışdır...

PİA.az xəbər verir ki, 31 mart 2020-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlar arasında təbliğat işləri aparacaq mobil qrupun üzvləri ilə görüşdü, onlara əhalinin maarifləndirilməsi üçün öz tövsiyə və tapşırıqlarını verdi.

Sonra rayon rəhbəri şəhər ərazisində sakinlərin kütləvi olduğu yerlərdə, bazarda, ticarət obyektlərində, apteklərdə oldu, onlara lazimi tövsiyyə və tapşırıqlarını verdi. Olduğu ərazilərdə sakinlərlə fərdi qaydada söhbətlər apardı. Onlara izah olundu ki, bu günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə tabe olmaq lazımdır. Əgər belə olsa virus yayılmaz, xəstələnmərik və başqa vətəndaşları infeksiyaya yoluxdurmarıq. Vəziyyət olduqca ciddidir. Bunu hər bir vətəndaş dərk etməlidir. Nə qədər evdə qalsaq, bir o qədər sağlam qalmış olarıq.

Qeyd edək ki, maarifləndirici və dezinfeksiya tədbirlər rayon icra hakimiyyəti tərəfindən gündəlik olaraq rayonun bütün yaşayış məntəqələrində aparılır. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.

pia.az


Etiket: Tərtər karantin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar