Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejimində vətəndaşların icazə ilə evdən çıxması barədə məlumatlar rəsmi deyil

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib...

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar rəsmi deyil.

"Belə bir sənəd qəbul olunmayıb", - İ.Məmmədov vurğulayıb.

Qeyd edək ki, xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında məlumatlar yayılıb.

Məlumatlarda vətəndaşlar tərəfindən icazə almaq məqsədilə 803 nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsi və 1,2,3,4 rəqəmlərindən biri daxil edilməklə SMS məlumat göndərilməsi qeyd olunub. Bildirilib ki, vətəndaşlar təsdiq aldıqdan sonra yaşayış yerini tərk edə bilər və əks halda, inzibati məsuliyyətə cəlb olunacaqlar.

Həmçinin yayılan məlumatlarda təxirəsalınmaz tibbi tədbirlər üçün cəmi 2 saat, ərzaq, tibbi avadanlıq, dava-dərman, bank və poçt xidmətləri üçün gündə 1 dəfə cəmi 2 saat, qohumun dəfni ilə əlaqədar 5 saat, açıq havada gəzmək üçün yaşayış yerindən 200 metr uzaq olmadan gündə 30 dəqiqə müddətin müəyyənləşdirildiyi qeyd olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar