Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamentinin deputatı: "Aİ Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır"

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həllini tam dəstəkləyirik...

PİA.az-ın xəbərinə görə, bunu Avropa Parlamentinin deputatı, Avropa Parlamenti-Azərbaycan Dostluq Qrupunun sədri Andris Ameriks Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"ə münasibət bildirərkən deyib.

"Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"ni tanımır, çünki o, müstəqil dövlət deyil.

Aİ-nin 2020-ci ilin yanvar ayında qəbul edilmiş Ümumi Xarici və Təhlükəsizlik Siyasəti ilə bağlı hesabatında Avropa Parlamentinin rəsmi mövqeyi açıq şəkildə ifadə olunur. Bu hesabat bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləmək öhdəliyini bir daha ifadə edir. Bu, aydındır ki, Azərbaycana da aiddir. Biz Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında sülh yolu ilə və ədalətli həllini tam dəstəkləyirik. Bu kontekstdə ATƏT-in Minsk Qrupunun gələcək, əsaslı və nəticəyə yönəlmiş səylərini son dərəcə vacib hesab edirik", - Dostluq Qrupunun sədri bildirib. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar