Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8103-ə yanlış SMS göndərənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar

Vətəndaşlara xəbərdarlıq edilir...

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 nömrəsinə müraciətlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

PİA.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O, xəbərdarlığında 8103 SMS nömrəsinə yanlış məlumatlar verənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlarını xatırladıb:

“Vətəndaşlar bu SMS xidmətinə bilərəkdən yanlış məlumatlar vermək, aidiyyatı olmayan məzmunlu SMS-lər göndərməkdən çəkinsinlər. Çünki bu sistemin arxasında analitik monitorinq sistemi dayanır. Real vaxt rejimində daxil olan məlumatlar təhlil olunur. Ona görə də sui-istifadə halları müəyyən edilərsə, hüquq-mühafizə orqanlarına bu barədə məlumat veriləcək. Çünki bu, karantin rejiminin qaydalarının pozulması deməkdir. Ona görə də bu, inzibati və cinayət məsuliyyətinə səbəb olacaq hallardır”.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər. (Report)


Etiket: COVID-19


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar