İngiltərə Premyer Liqasında çıxış edən komandalardan birinin prezidenti mövsümün qalan hissəsinin Çində oynanılmasını təklif edib...
Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Liqa rəhbərliyi mövsümün davam etdirilməsi üçün müxtəlif variantları nəzərdən keçirir, onlardan biri də çempionatın ölkə xaricində keçirilməsidir.
Qeyd edək ki, çempionatın sonunun Çində keçirilməsi təklifini Premyer Liqanın digər komandaları qəbul etməyiblər. (oxu.az)
pia.az