Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FİFA prezidenti: "Heç bir oyun insan həyatından önəmli deyil"

"Dünya yeni bir problemlə üz-üzədir. Belə vəziyyətdə dünya futbol ictimaiyyəti bir komanda kimi davranmalıdır"...

 

Bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

Futbol funksioneri koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışların dayandırılmasına münasibət bildirib. Ali futbol qurumunun rəhbəri indiki vəziyyətdə futbol barədə düşünmədiklərini söyləyib: "Təbii ki, hamımız futbolun yenidən başlamasını istəyirik. Ancaq bunun nə zaman gerçəkləşəcəyini bilmirik. Sağlamlıq hər şeydən əvvəl gəlir. Bu pandemiyaya qalib gələnə qədər də əsas məqsədimiz məhz sağlamlığın qorunmasıdır. Səhiyyə əməkdaşlarının tələblərinə əməl etmək lazımdır. Heç bir oyun insan həyatından önəmli deyil. Gələcəklə bağlı hazırlıqlarımı bu düşüncə ilə görürük".

İnfantino futbol yarışları bərpa olunduqdan sonra təqvimlə bağlı həll yolları tapacaqlarına inam ifadə edib. O, futbolçuların müqavilələri ilə bağlı çalışmaların davam etdiyini də vurğulayıb: "Müqavilələrə baxan bir İşçi Qrupumuz var. Yaxın müddətdə futbolçuları və klubları qoruyacaq təkliflər irəli sürəcəyik".(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar