Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

BMT baş katibi: “Ən pis ssenariyə hazır olmalı, koronavirusla bəşəriyyət naminə mübarizə aparmalıyıq”

Biz hələ də qlobal səviyyəli tədbirlərdən çox uzağıq”...

“Yalnız səyləri bir araya gətirməklə dünya xalqları COVID-19 pandemiyası və onun sarsıdıcı nəticələrini aradan qaldıra biləcəklər. Ötən cümə axşamı fövqəladə virtual iclasda Böyük 20-liyin liderləri doğru istiqamətdə addım atdılar. Lakin biz hələ də üzləşdiyimiz misilsiz miqyaslı çağırışa cavab verən, əlaqələndirilmiş və dəqiq ifadə edilmiş qlobal səviyyəli tədbirlərdən çox uzağıq”.

Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin məqaləsində yer alıb.

“İnfeksiyanın yayılma tendensiyasının üfüqi vəziyyətə gətirməkdən çox geridəyik. İlkin mərhələdə 100 000 nəfəri yoluxdurmaq üçün xəstəliyə 67 gün tələb olunurdu. Tezliklə hər gün 100 000 və daha çox insan yoluxacaq. Razılaşdırılmış və cəsarətli tədbirlər olmadan, yeni halların sayı, demək olar ki, milyonlara çatacaq, səhiyyə sistemləri pik gücdə işləməyə məcbur olacaq, iqtisadiyyatlar zəifləyəcək və ən yoxsul insanlara sarsıdıcı zərbə vuraraq ümumi əhalinin rifahına mənfi təsir göstərəcək.

Ən pis ssenariyə hazır olmalıyıq və bunun qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik”, - deyə BMT baş katibi vurğulayıb.

O, elmə, həmrəyliyə və ağıllı siyasətə söykənən üç mərhələli fəaliyyətlə bağlı çağırışı bölüşüb.

“Birincisi, koronavirusun ötürülməsini dayandırın. Bunun üçün cəsarətli və erkən testlər və təmasların izlənməsi ilə bərabər karantin, müalicə və tibbi personalın təhlükəsizliyini təmin etmək üçün tədbirlər, hərəkət və təmasın məhdudlaşdırılması tələb olunur. Gündəlik vərdişlərimizi pozmasına baxmayaraq, bu cür addımlara müalicə və peyvənd icad olunana qədər ciddi riayət etmək lazımdı.

Əhəmiyyətli hesab etdiyimiz bu cür təsirli və birgə səylərə Birləşmiş Millətlər ailəsinin üzvü olan Ümumdünya Səhiyyə Təşkilatı rəhbərlik etməlidir. Xalqlarını qorumaq məqsədilə yalnız özləri üçün tədbirlər görən ölkələr bütün dünya üçün tələb olunan işlərin öhdəsindən gələ bilməyəcəklər.

İkincisi, böhranın sarsıdıcı sosial və iqtisadi təsirlərinə qarşı həllər tapmaq.

Alov kimi yayılan bu virus, çox güman ki, səhiyyə sistemlərinin məhdud, insanların isə daha həssas olduğu və milyonlarla qaçqın və məcburi köçkünün sıx məskunlaşdığı gecəqondular və digər oxşar məkanlarda yaşayan Qlobal Cənuba sürətlə çatacaq. Belə bir mühitdə cərəyan edən virus inkişaf etməkdə olan dünyanı viran qoya və səngidiyi bölgələrdə sonradan yenidən baş qaldıra bilər.

Aydındır ki, insanlara, xüsusən də təsirə ən çox məruz qalan qadınlara, yaşlılara, gənclərə, aztəminatlılara, kiçik və orta bizneslərə, qeyri-rəsmi sektora və həssas qruplara diqqət yetirərək, bu virusla bütün bəşəriyyət naminə mübarizə aparmalıyıq.

BMT, viruslu yoluxmanın tədricən iqtisadi yoluxma halına gəlməsini və ziyanı aradan qaldırmaq üçün tələb olunan maliyyələşdirməni təyin edən sənədlər hazırlayıb. Beynəlxalq Valyuta Fondu (BVF), 2009-cu ildəkinə bənzər və ya ondan da ciddi bir tənəzzülə qədəm qoyduğumuzu elan edib.

Qlobal Ümumi Daxili Məhsulun ikirəqəmli faizinə bərabər müfəssəl cavab tədbirlərinə ehtiyac var.

İnkişaf etmiş ölkələr bunu özləri edə bilər və bəziləri həqiqətən də edirlər. Eyni zamanda xüsusi borc hüquqlarının verilməsi yolu ilə biz BVF-in imkanlarını genişləndirməli, habelə resurslarını ehtiyacı olan ölkələrə sürətlə yatıra bilməsi üçün digər beynəlxalq maliyyə qurumlarının imkanlarını ciddi şəkildə artırmalıyıq. Bilirəm ki, bu çətindir, çünki ölkələr hazırda daxili xərclərini rekord səviyyədə artırmaqdadırlar. Virusa nəzarət etməsək, çəkdiyimiz xərclərin bir faydası olmayacaq.

Mərkəzi banklar arasında aktivlərin razılaşdırılmış mübadiləsi də inkişaf etməkdə olan ölkələrə likvidlik imkanı aça bilər. Borcların azaldılması da prioritet olmalı, o cümlədən 2020-ci il üçün faizlərdən dərhal imtina edilməlidir.

Üçüncüsü, effektli bərpa prosesini keçirin.

Böhrana qarşı aciz qalan cəmiyyətlərimizlə COVID-19-dan əvvəl olduğumuz nöqtəyə qayıda bilmərik. Pandemiya, ən sərt şəkildə, səhiyyə sistemlərində, sosial müdafiə və ictimai xidmətlər sahəsində boşluqlara görə ödədiyimiz qiyməti xatırlatdı. Formal iqtisadiyyatın gözə görünməyən və ödənilməyən əmək fonunda dayanmasını təmin edən bərabərsizliyi, ələlxüsus gender bərabərsizliyini bariz şəkildə nümayiş etdirdi. Mövcud vəziyyət qadınlara qarşı stiqma və zorakılıq da daxil olmaqla davam edən insan haqları problemlərinə bir daha işıq saldı.

Bu gün pandemiya, iqlim dəyişikliyi və digər qlobal problemlər qarşısında daha dayanıqlı, daha inklüziv və güclü iqtisadiyyat və cəmiyyət qurmaq səylərimizi ikiqat artırmağın vaxtıdır. Bərpa prosesi fərqli bir iqtisadiyyata yol açmalıdır. 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri yol xəritəmiz olaraq qalır.

Ölkələrin cavab tədbirlərini dəstəkləməklə, tədarük zəncirlərimizi dünyanın ixtiyarına verməklə və qlobal atəşkəsi təşviq etməklə Birləşmiş Millətlər Təşkilatı sistemi bütövlüklə səfərbər olmuş vəziyyətdədir.

Pandemiyaya hər yerdə son qoymaq həm mənəvi, həm də dərk etdiyimiz maraq məsələsidir. Bu qeyri-adi vaxtda öyrəşdiyimiz vasitələrdən istifadə edə bilmirik. Fövqəladə hal fövqəladə tədbirlər tələb edir. Hamımızdan və hamımız üçün qətiyyətli, razılaşdırılmış və yenilikçi hərəkət tələb edən böyük bir sınaqla üzləşmişik”, - deyə məqalədə qeyd olunub.(apa)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi

Dərslər tədris ilinin sonunadək dayandırıldı - Sərəncam

Yol polisinə yeni rəis müavini təyin edildi - DİN

loading...

Ən çox oxunanalar