Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Trampın məntiqsiz açıqlaması və xaosa təslim olan neft bazarı

Qiymətlərin dibə enməsinə baxmayaraq, OPEK+ razılaşmasının əldə olunmasına əsas maneə olaraq hansı faktor çıxış edir?..

İqtisadçı-ekspert: “Əslində Trampın atdığı addım və dünən yazdığı tvit ABŞ neft istehsalçıları üçün atılmış bir piar gediş idi”. 

“Trampın açıqlaması məntiqsizlik idi. Çünki Tramp neftin 10 milyon barel azaldılması ilə bağlı ilkin razılaşma olduğu yazmışdı. Bu mümkün deyil ”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli neft bazarındakı indiki xaotik vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Dünən ABŞ prezidenti Donald Tramp bildirib ki, neft hasilatını azaltmaq üçün Rusiya prezidenti Vladimir Putin və Səudiyyə şahzadəsi Məhəmməd ibn Salmanla danışıb. Öz növbəsində Putin və şadzadə də danışıblar və hasilatın azaldılmaaı ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, neftin kəskin ucuzlaşdığı, hətta tamamilə dəyərsizləşdiyi bir vaxtda Tramp Twitter-də belə məlumat paylaşıb: “İndicə vəliəhd şahzadə, dostum Məhəmməd bin Salmanla danışdım. Hansı ki, o da prezident Putinlə danışıb və mən gözləyirəm ki, onlar hasilatı 10 milyon barrelə qədər azaldacaqlar, ola bilsin daha çox”.

Tramp daha sonra bir qədər də irəli gedib və Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı gündə 15 milyon barrel azalda biləcəyini yazıb. Və dərhal bu xəbər birjaları silkələyib və “Brent” markalı neft 16 faizə qədər bahalaşaraq 1 barrel üçün 30 dollara çatıb. Hərçənd Trampın xəbərinin yumşaq desək, şişirtmə olduğu dərhal aydın idi. Çünki hətta OPEC+ razılaşması çərçivəsində neft ölkələri hasilatı gündə cəmi 1.5 milyon barrel azaltmışdılar.

Lakin Trampın “tvitindın” sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu iddianı təkzib edib və bildirib ki, səudiyyə şahzadəsi ilə Rusiya prezidenti arasında danışıq olmayıb.

Bundan sonra görünür Tramp özü də “tviti” ilə çox uzağa getdiyini anlayıb və Ağ evdə keçirdiyi brifinqdə əslində Rusiya ilə Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını müzakirə etmədiklərini, sadəcə “arzu etdiklərini” bildirib. “Onlar bunu (hasilatı azaltmağı) istəyərdilər, bu onların ölkələri üçün yaxşıdır, lakin biz bunu müzakirə etməmişik”, - Tramp bildirib.

Qeyd edək ki, ekspertlərə görə birdən birə Səudiyyə Ərəbistanı ilə Rusiyanın öz neft hasilatlarını yarıbayarı azaltması qətiyyən ağlabatan görünmür, bunu heç texniki baxımdan həyata keçirmək də mümkün deyil. Səudiyyə Ərəbistanı OPEC+ anlaşmasının pozulmasından sonra hasilatı gündəlik 9 milyon barreldən 12 milyon barrelə qədər artırıb. Rusiyanın gündəlik neft hasilatı isə 11 milyon barreldən yuxarıdır. Və Trampın dediyi həqiqətə yaxın olardısa bu o demək idi ki, Ər-Riyadla Moskva hasilatı yarıbayarı azaltmalıdır. Bu isə doğrudan da real görünmür.

Bu gün Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, aprelin 6-da videokonfrans formatında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü keçiriləcək. Energetika Nazirliyindən verilən məlumat da görüşdə bütün qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Neft bazarındakı indiki xaotik vəziyyət hansı səbəblərdən yaranıb? Qiymətlərin dibə enməsinə baxmayaraq, OPEK+ razılaşmasının əldə olunmasına əsas maneə olaraq hansı faktor çıxış edir? Bu məsələdə geosiyasi faktorlar rol oynayırmı və Rusiya ilə Səudiyyənin razılaşması mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “OPEK və OPEK-ə daxil olmayan ölkələrin, o cümlədən Rusiyanın marağı odur ki, neftin qiymətini 30-35 dollar həddində saxlasınlar”.

Qiymətlərin həm baha, həm də çox ucuz olmasının ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini vurğulayan iqtisadçı-ekspert əlavə edib ki, buna görə də ABŞ qiymətlərin sabitləşməsinə çalışır:

“Əslində Trampın atdığı addım və dünən yazdığı “tvit” ABŞ neft istehsalçıları üçün atılmış bir piar gedişi idi. Məlumdur ki, ABŞ-da neft istehsalçıları çox ağır durumdadırlar. Çünki ABŞ-da hasilatın maya dəyəri dünyada ən yüksək səviyyədə olan maya dəyərindən bəlkə də birincisidir. Yəni dünyada ən baha neft ABŞ-da və Kanada istehsal olunur.

Neftin qiymətinin 30 dollardan aşağı olması ABŞ istehsalçılarına kifayət qədər böyük problem yaradır. Xatırladım ki, neftin qiymətinin baha olması görə də ABŞ narahat idi. 5-6 ay bundan öncə neftin qiyməti 70 dollara çatanda Tramp Twitter vasitəsilə həm Səudiyyəyə, həm də Rusiyaya barmaq silkələmişdi ki, suni şəkildə qiymətləri qaldırmasınlar. Çünki bu dünya iqtisadiyyatına ziyan vurur.

Qiymətlərin həm baha, həm də çox ucuz olması ABŞ iqtisadiyyatına mənfi təsir göstərir. Buna görə də ABŞ qiymətlərin sabitləşməsinə çalışır. Tramp dünənki “tvit”i ilə az da olsa buna nail oldu. Yəni neftin qiyməti təqribən 30 dollar qədər qalxdı.

Bu günə dəqiq məlumat odur ki, ayın 6-da videokonfrans şəklində bütün OPEK və OPEK-ə daxil olmayan ölkələrin görüşü olacaq. Bu görüşdə bütün tərəflər öz təkliflərini səsləndirəcəklər.

Natiq Cəfərli: “Neft bazarında ən böyük problem istehlakın düşməsidir”.

Qeyd edim ki, Trampın açıqlaması məntiqsizlik idi. Çünki Tramp neftin 10 milyon barel azaldılması ilə bağlı ilkin razılaşma olduğu yazmışdı. Bu mümkün deyil. Çünki hər iki ölkənin neft hasilatı birlikdə 20 milyon barrelə yaxındır. Birdən birə bunun yarısının azalması mümkün görünmür.

Çox güman ki, aprelin 6-da olan görüşdə yeni müqavilənin bağlanması gündəmə gələcək. Hər bir ölkə 1.5-2 barrelə yaxın azalmanı yenidən öz üzərinə götürə bilər ki, neft bazarı ən azından sakitləşsin.

Neft bazarında ən böyük problem istehlakın düşməsidir. Bu gün dünyada gündəlik neftin hasilatı 96-97 milyon barreldir. Gündəlik neft istehlakı isə 70 milyon barrelə qədər düşüb. Yəni hər gün dünya bazarlarında 25-28 milyon barell neft qalır. Buna görə də OPEK və OPEK-ə daxil olmayan ölkələrin, o cümlədən Rusiyanın marağı odur ki, neftin qiymətini 30-35 dollar həddində saxlasınlar.

Ayın 6-da olan görüşü gözləmək lazımdır. Düşünürəm ki, o görüşdən sonra neftin qiymətinin 30-35 dollar kalidorunda sabitləşməsini görə bilərik”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: neft


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Fuad Muradovun qardaşından şok açıqlama: “Onu Əli Həsənov idarə edir” - Video  

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi

Dərslər tədris ilinin sonunadək dayandırıldı - Sərəncam

loading...

Ən çox oxunanalar