Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çoxları bu qadağaları hakimiyyətin şıltaqlığı kimi qəbul edirlər”- Aslan İsmayılov

“Zənnimcə hələ də əksəriyyət baş verənlərin ciddiliyini qəbul etmir. Çoxları bu qadağaları az qala hakimiyyətin şıltaqlığı kimi qəbul edirlər”...

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, baş verənlərdən ən çox narahat olan elə hakimiyyət təmsilçiləridir: “Onlar çox gözəl anlayırlar ki, koronavirus pandemiyası, neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi insanların onsuz da ağır olan həyat şəraitini daha da pisləşdirəcək. Vaxtında və lazımı tədbirlər görülməsə bu tək Dövlətin, hakimiyyətin yox, elə özlərinin də sonu ola bilər. Əminəm ki, hakimiyyətdə olanlar rus alim-fizioloqu, Nobel mükafatı laureatı İvan Petroviç Pavlovun özünüqoruma instinkti nəzəriyyəsini bilməmiş deyillər. Ona görə çox istərdim ki, bu günlər hakimiyyətin atdığı bütün addımları lağ-lağı obyektinə çevirməyək, onlarda ancaq pis niyyətlər axtarmayaq. Yadımıza salaq ki, italyanlar da koronavirus təhlükəsi haqqındakı xəbərdarlıqlara etinasız, lağ-lağı ilə yanaşdılar və bu gün də həmin münasibətin bədəlini minlərlə insan ölümü hesabına ödəyirlər... Baş verənləri dərk edənlərin passiv mövqeyi, susmaları da anlaşılan deyil. Susmaqla tək başqalarını deyil, özünüzü də təhlükədə qoyduğunuzu düşünün. Bir maraqlı cəhət də ondadır ki, dünənə qədər fövqəladə vəziyyət elan olunmasını tələb edənlər bu gün nə üçün qadağalar tələb edildiyindən şikayətlənirlər. Həqiqətən bir çoxlarının nə istədiklərindən baş çıxartmaq çox çətindir”.(Pravda.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar