Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İş adamları dövlətin kredit dəstəyindən nə qazanacaq? 

Dövlətin kredit dəstəyi sahibkarlara nə verəcək?...

Xəbər verildiyi kimi, Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Tədbirlər Planını təsdiqləyib.

Planda nəzərdə tutulan istiqamətlərdən biri biznesə kredit dəstəyinin verilməsidir. Dəstək iki hissədən ibarətdir.

Birincisi, martın 10-dək olan kreditlər üzrə kredit faizinin 10%-ni dövlət ödəyəcək. İkincisi, sahibkarlara 500 milyon manat məbləğində yeni kredit ayrılacaq, bu məbləğ illik 15%-lə 3 ilədək müddətə veriləcək. Kreditin faizinin yarısını – 7,5%-i dövlət öz üzərinə götərəcək, eləcə də, kreditin 60%-nə zəmanət verəcək ki, iş adamının girov məsələsi daha asan həll edilsin.

Dövlətin biznesə kredit dəstəyi -1

Tədbirlər planına əsasən, dövlət sahibkarların mövcud kreditləri üzrə faizin 10%-i subsidiya edəcək, bu hissəni dövlət ödəyəcək. Sahibkar üçün nə dəyişəcək?

Gəlin hesablayaq:

Tutaq ki, iş adamı 3 il müddətinə illik 16%-lə 100 min manat kredit alıb. Bu halda o, ayda 3515 manat ödəniş etməli, son nəticədə götürdüyü məbləğdən əlavə 26 565 manat artıq ödəniş etməli idi.

Dövlət 16%-in 10%-ni öz üzərinə götürəndən sonra isə iş adamının aylıq ödənişi 3042 manata düşür. Yəni aylıq ödəniş 473 manat azalır. İş adamı banka götürdüyü məbləğdən əlavə 9519 manat artıq ödəniş edəcək.
Yəni 3 il ərzində ümumilikdə 17 046 manat irəli düşəcək.

Dövlətin biznesə kredit dəstəyi -2

Tədbirlər planına əsasən, dövlət xətti ilə sahibkarlara illik 15% olmaqla 3 illiyə 500 milyon manat yeni kredit veriləcək. Kreditin 60%-nə dövlət zəmanət verəcək, faizin də 7,5%-ni dövlət ödəyəcək. Sahibkar üçün nə dəyişəcək?

Gəlin hesablayaq:

Tutaq ki, iş adamı 3 il müddətinə illik 15% olmaqla 100 min manat kredit götürür. Adi vaxt götürsəydi, 100 min manat kredit üçün azı 150 min manatlıq (100 min manatın 1,5 misli qədər) girov qoymalı, 3 il ərzində ayda 3 466 manat ödəniş etməli idi. Yəni kreditin məbləğindən əlavə 24 800 manat faiz ödəyəcəkdi.

Dövlətin 60%-lik zəmanət dəstəyindən sonra isə sahibkar kreditin yalnız 40%-nə təminat verməli, yəni cəmi 60 min manatlıq (40 min manatın 1,5 misli) girov qoymalıdır.

Dövlətin kredit faizinin 7,5%-ni öz üzərinə götürməsi nəticəsində isə iş adamı kreditə görə ayda 3 110 manat ödəniş edəcək, yəni aylıq kredit ödənişi 356 manat azalacaq.

Son nəticədə 3 ildə əlavə faiz ödənişi 12 000 manat təşkil edəcək və iş adamı 12 800 manat irəli düşəcək. (Fed.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar