Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubanın bütün yaşayış məntəqələrində polis postları qurulub - Foto

Quba polisi Nazirlər Kabineti yanında Operativ Qərargahın "Karantin rejiminin gücləndirilməsi" barədə qərarı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır...

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bu gündən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə Quba rayonunda da başlanılıb.

Belə ki, rayonun və bütün yaşayış məntəqələrinin girişində polis postları qurulub. Postlarda polis əməkdaşları ilə yanaşı, hərbi qulluqçular da gücləndirilmiş iş rejimində xidmət aparır.

Postlara yaxınlaşan nəqliyyat vasitələri və piyadalar müvafiq qaydada polis əməkdaşları tərəfindən yoxlanılır, rəsmi icazəsi olmadan evdən çıxan şəxslərə xəbərdarlıq edilir, belə hallara təkrar yol verənlərə cərimə protokolu yazılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba Regional qrupundan "Report"un Şimal bürosuna verilən məlumatda bildirilir ki, bu tədbirlər operativ qərargahın qəbul etdiyi qərarın icrası və nəzarət tədbirləri polis tərəfindən müəyyən edilən müddətdə davam etdiriləcək.

pia.az


Etiket: Quba koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar