Aprelin 6-dan "Bayern Münhen" öz bazasında məşqləri bərpa edəcək.
PİA.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Kicker məlumat yayıb. Məşqlər məhdudlaşdırıcı rejimdə olacaq. Futbolçular beş qrupa bölünəcək: dörd qrupda dörd, bir qrupda beş futbolçu olacaq.
Daha öncə yayılan xəbərə görə, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya bundesliqası mayın əvvəlində bərpa ediləcək.
pia.az