Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vüqar Səfərliyə cinayət işi açılmalıdır...”- Aslan İsmayılovdan təşəbbüs

Məşhur hüquqşünas Aslan İsmayılov KİVDF-nin vəzifəsindən azad olunan rəhbəri Vüqar Səfərliyə cinayət işinin açıqlması təşəbbüsü ilə çıxış edib...

PİA.az xəbər verir ki, o V. Səfərlinin vəzifədən azad olunmasını yaxşı addım hesab edir:

“Ancaq uzun illər Azərbaycan mətbuatını məhv edən, ondan “reket dəstəsi” düzəldib insanları terror etdirən, əxlaqsızlıq tirajlayan, büdcənin milyonlarını talayan, şəhid ailələri, müharibə əlilləri kirayədə yaşadıqları zamanda dövlət hesabına həyasız, reket jurnalistləri rüşvət müqabilində evlə təmin edən, Əli Həsənovun pul kisəsi olan birisinin beləcə rahat getməsi yolverilməzdir.

500-1000 manata görə müəllimlər, həkimlər, biznes adamları haqqında cinayət işi başlayıb istintaq aparan Respublika Prokurorluğunun Korrupsiya ilə Mübarizə İdarəsinin əsl işi belələri ilə olmalıdır ki, büdcədən oğurlanmış yüz milyonları sahibinə qaytarsın. Bu tipin də aid olduğu cinayətkar dəstəni ifşa etsin. Bu edilməyəcəksə, bu sərəncam sadəcə oğurlanmış milyonların üstünü örtməkdir.

Bax indi əsl vaxtıdır ki, iş adamlarından məcburən Koronavirusla mübarizə Fonduna pul yığdırmaq əvəzinə belələrinin hesabına bu gün pis vəziyyətdə olanlara kömək edilsin”. (Yeni Sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar