Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada kriminal avtoritet həbs edildi - Foto

Zaqatala sakinini bıçaqlayan şəxs tutulub...

Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayevi bıçaqlayaraq hadisə yerindən qaçan, əvvəllər məhkum olunmuş Nəriman Kərim oğlu Qurbanəliyev tutulub.

Qeyd edək ki, məlum hadisə ötən gün axşam saatlarında rayonun Car kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayev bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı İ.Musayevin yaşadığı kəndin ərazisində bıçaqlandığı məlum olub. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, hadisəni törədən N. Qurbanəliyev kriminal aləmdə “Disko Nəriman” adı ilə tanınır. O, bir müddət əvvəl həbsdən buraxılıb.

N. Qurbanəliyev əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb.

Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar