Şənbə, 30 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qırmızı kapitalizm: ABŞ hegemoniyası çökərkən, Çin kapitalizmi necə yüksəlir?

Eramızın 2020-2050-ci illəri qırmızı kapitalizm dönəmi olacaq. Bəs dünya sistemi qırmızı kapitalizmə hazırdırmı?..

Saleh Ünal

“The Independent” qəzeti, 5 aprel 2020-ci il

Qırmızı kapitalizm termini ilk dəfə 2008-ci il Qlobal Maliyyə Böhranından sonra ortaya çıxmış bir ifadədir.

2010-cu illərdə Karl Uolter və Fraser Hovinin “Qırmızı kapitalizm” adlı kitabı ilə ortaya çıxan bu nəzəriyyənin, əslində 1974-cü illərə təsadüf edən maraqlı bir hekayəsi var.

1974-cü ildə Çinin gələcək Baş naziri və dşvlət lideri Den Syaopin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatına böyük bir nümayəndə heyəti aparmışdı.

Çinli səlahiyyətlilər bahalı səyahətə hazırlaşarkən yalnız 38.000 dollar xarici valyuta toplaya biləcəklərini kəşf etdilər. O günlərdə Çində Çin Xalq Bankından başqa bir bank yox idi.

Bu gün Çinin valyuta ehtiyatları sürətlə 3 trilyon dollara yaxınlaşır və Çin bankları dünyanın ən qiymətli şirkətləri sırasındadır. Bu əlamətdar uğur hekayəsi bəzi problemlər olmasına baxmayaraq, Çinin maliyyə sisteminin sabitliyi baxımından böyük bir zəmin əldə etdiyini ortaya qoyub.

Qərbdəki banklar “Big Four”ün (4 böyük yoxlama şirkəti) nəzarəti altındadır. Onun əsas funksiyaları böyük investorları və kapitalistləri qorumaq və planlı bir sistemlə qazanc əldə etməkdir.

Çindəki bank sisteminin Qərb sistemi ilə heç bir əlaqəsi yoxdur. Burada banklar dövlətin bir qoludur. Çində bank kreditlərinin əksəriyyəti hökumət tərəfindən nəzarət edilən müəssisələrə müvafiq faizlərlə verilir.

Kommunist Partiyasına bağlı Maliyyə Nazirliyi ölkənin maliyyə sahəsində yeganə qərar qəbul edən orqandır və bütün banklara, dəyərli hökumət müəssisələrinə limitsiz kapital təmin edən əsas mənbədir.

“Big Four” Çin bankları arasındakı problemli borcların ümumi həcminin təxminən 40%-ni təşkil etdiyini bildirmişdi.

Qərbli müşahidəçiləri isə ümidsiz vəziyyətdə idilər və Çinin bank sistemindəki problemlərin iqtisadiyyatda ciddi problemlərə səbəb olacağını proqnozlaşdırdılar. Lakin səhv düşündükləri ortaya çıxdı. Dönəmin islahatçı baş nazir Zu Ronji problemli kreditləri idarə etmək və bu riskdən xilas olmaq üçün ABŞ bankları ilə əməkdaşlıq etdi.

“Wall Street”in dəstəyi ilə problemli kreditlərdən sürətlə xilas olmaq üçün bir yol tapdı. Yəni gələcək günlər artıq daha parlaq idi. Həmçinin, Çin banklarına inam artdıqca Qərbdə kifayət qədər qazanc əldə edə bilməyən qərbli banklar və investorlar böyük işçi qüvvəsi və gələcək vəd edən Çinə axın ediblər.

Pekin rəhbərliyi banklardakı problemli kreditləri öz üzərinə götürmək üçün xüsusi bir fond qurdu. Banklara vaxt verdi və onları ciddi nəzarət altında saxladı.

Çin Maliyyə Nazirliyi maliyyə bazarının problemli kreditlərini yönləndirərək Çin banklarını qərblilərin qorxduğu risklərdən qoruya bildi.

Bəs, bu problemli kreditləri kim ödəyib? Bəli, aşağı faizə məhkum edilən əmanətçilər, yəni pullarını aşağı faizlə banklara qoyan insanlar. Banklar aşağı faiz dərəcələri ilə yığdıqları əmanətləri kreditlərə çevirdikdə böyük mənfəət qazanaraq möhkəmləndilər.

2008-ci ildən bəri Çinin böyüməsi hökumət tərəfindən dəstəklənən və banklar tərəfindən maliyyələşdirilən qiymətli investisiyalar hesabına baş verib.

Dünyanın ən böyük sürətli qatar şəbəkəsi və yeni hava limanı layihələri yeni problemli kreditlər yaradıb. Ancaq keçmişə baxdıqda Çin böyük bir inkişaf və uğur hekayəsidir. 1989-cu ildən bəri artımı 1400%-i keçən yeganə ölkə və hətta, yeganə investisiya vasitəsidir.

Türkiyənin Çindən idxal asılılığı isə 30%-dən çoxdur.

Çinin qarşısında Maliyyə Nazirliyinin nəzarəti altında olan problemli kreditlər qədər, gələcək inflyasiya məsələsi də olduqca risk daşıyır. Təbii olaraq hər bir artım və rifah hekayəsinin də bir pərdə arxası var. Çinin də oxşar problemi məhz borclu olmasıdır.

Çinin ümumi milli gəliri ilə müqayisədə borcu 300%-i keçib. Çin banklarında kölgə aktivləri hələ də yüksək səviyyədədir. Bütün bunlarla birlikdə Çin dünyanın ən böyük istehsalçı gücüdür.

Qlobal nizam artıq tamamilə dəyişir. Yəqin ki, ABŞ kapitalizmi çökərkən yüksələn qırmızı kapitalizmin mahiyyəti artıq bizə aydın olub.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cavid Qurbanovun bioqrafiyası və sərvəti... - Video

Elmar Məmmədyarov, Əli Həsənov, Vüqar Səfərli, Ramiz Zeynalovla bağlı sensasion açıqlama - Video

Qondarma “DQR”-də atası azərbaycanlı olan general nazir təyin olundu

Bakıda klinika və ticarət obyektləri tikdirənlər kimlərdi? – Tanış adlar, Fotofakt

Asif Ağayev donuzları kimin qabağına qovdururmuş?..

“Bilmirsən ki, bu hökümətdəkilər nə ilə düşünürlər?..” - Qubad İbadoğundan TƏBİB-ə iradlar

Kənan Məmmədov gömrük bəyannəmələrini niyə karandaşla yazdırır?

Nizami rayonunun icra başçısının varidatı haqda ilginc faktlar

İcra başçısının biznesinə nəzarət edən şəxs qəzada öldü - Foto

Yaxşı şerimi mürgüləməyəndə yazacam - Mirzə Ələkbər Sabirin unikal müsahibəsi

Vilayət Eyvazov Neftçala ilə bağlı əmr imzaladı

Toy bazarında son durum: Böhran dərinləşir – Video

loading...

Ən çox oxunanalar