Bazar ertəsi, 01 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Vergilərin ödənilməsinin son müddəti açıqlanıb – Dövlət Vergi Xidməti

Azərbaycanda xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart – 20 aprel) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti müəyyən edilib....

 

Dövlət Vergi Xidmətinin verdiyi xəbərə görə, fəaliyyətinə icazə verilən sahələr üzrə (siyahısı əlavə olunur) vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların və 2020-ci ilin fevral ayı üçün aylıq hesabatların verilməsi və vergilərin ödənilməsi müddəti 6 aprel 2020-ci ildir.

Fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti isə 21 aprel 2020-ci il müəyyən edilib.

Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı: https://www.taxes.gov.az/az/post/1016.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26-28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövrü (2020-ci il 31 mart -20 aprel) ilə əlaqədar Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarı ilə Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ləğv edilib.

Habelə həmin Qərarın 2 nömrəli əlavəsi ilə xüsusi iş (əmək) rejimi çərçivəsində fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmiş, həmin siyahıda qeyd edilməyən digər sahələr üzrə fəaliyyət məhdudlaşdırılıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Zakir Həsənov da, Nəcməddin Sadıqov da dilimizdə danışa bilmir” - Deputat

FHN-də "budanma" başlayır - Dövlət Yanğın Nəzarəti Xidməti müstəqil quruma çevriləcək

Vahid Əhmədov həmkarları tərəfindən hədəfə götürülüb? - Deputatın çıxışı Səfər Əbiyevlə əlaqələndirilir...

Maskadan istifadə tələblərinin pozulmasına görə cərimələr müəyyənləşdi - Məbləğ

"Səfər Əbiyev böyük həcmli tenderlərin hamısını məhz Vahid Əhmədova verirdi" - Fəzail Ağamalı

Siyavuş Novruzov Vahid Əhmədovu təxribat törətməkdə ittiham etdi

Eldar Mahmudovun övladlarının Londonda 17 milyonluq malikanəsi varmış

“Bizdə də Çindəki kimi küçədə yıxılmalar olacaq” - Professorun koronavirus təşvişi

Yeni ruslaşma dalğası: Putin etnik xalqların mədəniyyətini məhv edir...

Müdafiə Nazirliyi: Yalan danışmaq deputata yaraşmaz

loading...

Ən çox oxunanalar