Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Yaxın günlərdə qeyri-rəsmi işsizlərə də kompensasiya ödəniləcək“ - Deputat

"Yaxın günlərdə möhtərəm prezidentimizin imzası ilə Məşğulluq Mərkəzində qeydiyyatdan keçməyən, yəni işsizlərələ bağlı növbəti yardım paketi imzalanacaq"...

PİA.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, Azərbaycanda qeyri-rəsmi işləyən bütün vətəndaşlara kompensasiya ödəniləcək:

"Koronavirusun vurduğu ziyanlardan biri də işsiz olub, amma heç bir yerdə qeydiyyatda olmayan vətəndaşlardır. Hər dəfə özümüz də vurğulayırıq ki, ölkə hüquqi, qanuni dövlətdir, qanuna əməl olunmalı, işsiz insanlar Məşğulluq Mərkəzində qeydiyyatdan keçməlidir. Birinci paketdə istər iqtisadi, istərsə də sosial müdafiəyə yönələn çox ciddi məsələlər öz əksini tapıb. Hökumətin növbəti paketi işsiz vətəndaşlara şamil olunacaq. Hansı ki, onlar işsizdi, günəmuzd işləyib və heç bir yerdə qeydiyyatda olmayıb. Onların sayı dövlətə məlum deyil. Bu saat hökümətin bütün qurumları bunun üzərundə işləyirlər ki, qısa müddətdə növbəti paket qəbul olunsun. Əminəm ki, bu vətəndaşlar bir az səbirli olacaqlar. İqtisadi çətinliklər var, həmin insanlar gündəlik işləyib evlərinə çörək qazanırlar. İndi onlar "evdə qal" çağrışına qoşulub və elan olunan karantinlə bağlı evdən çıxa bilmirlər. Bu üzdən onların ciddi problemləri yaranır. Yəni, gündəlik işləyən vətəndaşın ola bilməz ki, problemi yaranmasın. Yaxın günlərdə qeyri-rəsmi işsizlərə də kompensasiya ödəniləcək. Buna əminəm. Prezidentimiz də, hökümətimiz də bunu gözəl bilir və hamı bu istiqamətdə səfərbər olub. Qısa vaxt ərzində bu problem həllini tapacaq və həmin vətəndaşların ailələri də sevinəcək".

Məlahət İbrahimqızının fikirincə, əhalinin ən hassas hissəsi də elə qeyri-rəsmi işsizlərdir:

"Rəsmi qeydiyyatda olanlar müavinət alır. Amma bu insanlar ən həssas və müdafiəsizdir. Ona görə ola bilməz ki, dövlətimiz, dövlətimizin başçısı "evdə qal" çağırışında ən çox problemi ola biləcək, məhz günəmuzd, qeyri-rəsmi işsizləri sevindirməsin".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

Fuad Muradovun qardaşından şok açıqlama: “Onu Əli Həsənov idarə edir” - Video  

Bu yerlərdə maskadan istifadə edilməlidir - Siyahı

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

Prezident vergi güzəştləri ilə bağlı qərarı təsdiqlədi

loading...

Ən çox oxunanalar