Çərşənbə, 27 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Koronavirus evlərdən yan keçmədi - Bakıda evlərin qiyməti ucuzlaşdı

Koronavirusla bağlı Azərbaycanda tətbiq olunan karantin rejimi digər sahələrə olduğu kimi daşınmaz əmlak bazarına da təsir göstərəcək...

PİA.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, digər sahələrlə müqayisədə, koronovavirusun əmlak bazarına təsir göstərməsi üçün bir müddət lazımdır:

“Gələn aydan biz bu təsiri hiss edəcəyik. Həm mənzillərin qiymətlərində, aktivlikdə, həm də mənzil portfelinin həcmində bu təsir özünü göstərəcək. Yəni bütün göstəricilərdə biz bu təsiri hiss edəcəyik. Amma bu gün daşınmaz əmlak bazarında qiymətlər artıq tədricən düşməyə başlayır. Ancaq onun haqqında tam fikir söyləmək bu gün tezdir”.

Ekspert vurğulayıb ki, koronavirusun daşınmaz əmlak bazarına təsiri karantin rejiminin müddətindən asılı olacaq:

“Hadisələrin gedişatından asılı olaraq bu təsir qısa, orta və uzunmüddətli olar bilər. Bunların təsir dairəsi isə təbii ki, müxtəlifdir. Qısamüddətli olarsa (1-2 ay) demək olar ki, heç bir ciddi təsir göstərməyəcək. Ortamüddətli (2-3 ay) olarsa təbii ki, bazara təsir göstərəck, qiymətlərdə 10-12 faiz civarında azalma olacaq, uzun müddətli (3 aydan daha artıq, 5 ay-1 il) olarsa, 20-25 faizə qədər qiymət azalması ola bilər”.

N.İbrahimov əlavə edib ki, koronavirusun təsiri aradan qalxdıqdan sonra əmlak bazarı da tədricən özünü bərpa edəcək:

“Təbii ki, virusun təsiri aradan qalxdıqdan, karantin rejimi ləğv olunduqdan 2-3 ay sonra bazar əvvəlki vəziyyətin bərpa edəcək və o zaman bazarda aktivliyin artması da gözləniləndir”. (Yeni Sabah)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nazir mühafizəçisini işdən çıxardı - Səbəb

Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərar verdi

Sabiq deputatdan : “Məlahət Abbasova yalnız bir tualet kağızının reklamına çəkilib...”

Borcunu vermək istəməyən abonent "Azərişıq" -ın əməkdaşlarını güllələdi - Yenilənib

Məlahət Abbasova: "AzTV-də mənə böhtan atdılar, Rövşən Məmmədov verilişimin davam etməsi üçün pul istədi"

Sabiq deputatın "dələduz" qızı Türkiyədə tutuldu - Video

Azərbaycanda 21 nəfərin koronavirusa yoluxduğu kənddən reportaj - Video

Elmar Məmmədyarovun oğlu Nyu-Yorkda bu binadan mənzillər alıb – Fotolar

Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - Yenilənib,Fotolar,Video

Bölgələrdə evdən çıxma qadağası qoyulacağmı?  - Operativ Qərargah

Bu xəstəxananın bütün tibb işçiləri koronavirusa yoluxdu

loading...

Ən çox oxunanalar