Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda “taxt oyunları”: Kraliça Elizabetin dövrü bitir...

Londonda baş verən hadisələr, əslində dünyanın gələcəyini formalaşdıracaq. Kraliçanın işi artıq daha çətindir. Hətta övladları və nəvələri də onun ölməsini istəyirlər...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 7 aprel 2020-ci il

Bəzilərinin fikrincə, kraliça II Elizabet 68 illik hakimiyyətində 5-ci dəfə xalqa səslənmiş olsa da, o, əslində 4-cü dəfə çıxış edib.

Uşaq vaxtı ailəsinin Lilibet adlandırdığı kraliça II Elizabet 1952-ci ildə taxta çıxıb. Bu tarixdən etibarən baş nazirlər ser Uinston Çörçil, Antoni Eden, Harold Makmillan, Alek Doqlas Hom, Harold Uilson, Edvard Hit, Ceyms Kallehen, Marqaret Tetçer, Con Meycor, Toni Bleyir, Qordon Broun, Devid Kameron, Teresa Mey və Boris Consonla işlədiyini bilirik.

Kraliça II Elizabet tez-tez ekrana çıxıb, xalqa səslənən deyildi. Məsələn, İngiltərə 1991-ci ildə Birinci Körfəz müharibəsində iştirak edərkən “Günəşi batmayan imperiya üçün Körfəzdəyik”, demişdi.

1997-ci ildə şahzadə Diananın dəfnindən əvvəl də bu cinayəti törətdiklərini, lakin buna məcbur qaldıqlarına işarə edirdi. Həmçinin, bəziləri kraliçanın kilsədə günah çıxardığını bilirlər.

2002-ci ildə anası Elizabet Boves Layon vəfat etdikdə cənazə mərasimindən əvvəl o, xalqa kraliça kimi deyil, sıradan bir ingilis vətəndaş kimi müraciət etmişdi.

İndi isə o, 2020-ci ildə tənha bir insan kimi ekrana çıxdı. Bütün dünya bu çıxışa fokuslandı. Kraliça birlik olmaqdan danışdı və əgər Böyük Britaniya ilə ortaq hərəkət edilsə, britanyalılar bir yerdə olsalar, o zaman koronavirusa qalib gələ biləcəklərini qeyd etdi. İqtisadiyyatın pisləşəcəyinə baxmayaraq epidemiyaya cəsarətlə qalib gələcəklərini, həmçinin britaniyalı biznesmenlərin bu günlərdə necə davrandıqlarını da unutmayacağını vurğuladı.

Kraliçanın bu çıxışı əvvəlcədə lentə alınıb. Yəni Dərin London da bu çıxışı izləyib. Ona görə də, dərhal tədbir görüldü. Kraliça çıxışını bitirən kimi ingilis televiziyaları təcili anons verdilər: “Boris Conson xəstəxanaya yerləşdirildi”.

Məhz Dərin Londonun təlimatı ilə kraliçanın çağırışı təsirsiz hala gətirirdi. Yəni kraliça Elizabetin bu tarixi nitqini ikinci plana atmağa çalışdılar. Elə buna görə, Boris Consonun ölməsi ilə bağlı iddialar da sosial mediada yayıldı. Hazırda Dərin London kraliçanın millətə çağırışını təsirsizləşdirir. Elə Conson da London vaxtı ilə saat 16:00-da xəstəxanaya aparılıb.

Əslində elə bir problem yox idi, lakin hər kəs kraliçanın son sözünü gözləyirdi. Belə də oldu. Dərin London koronavirusu kraliçaya göndərdi. Ciddi mənbələr kraliçanın çıxış edərkən xəstə kimi göründüyünü hiss ediblər. Ekrandakı kədərli deyil, yorğun və tükənmiş bir kraliça idi. Çünki İngiltərə də, kraliça da çaxnaşma içində idi. Bunun gizlədiləcək bir tərəfi yoxdur.

İngiltərənin Baş naziri xəstəxanaya aparılır, amma kraliça ona zəng edə bilmirdi. Çünki Kraliçanın Britaniya xəyalı ilə Baş nazir Consonun İngiltərə xəyalı eyni deyildi.

Conson bir çox iş adamına kraliçanın 2020-ci ilin sonunu görə bilməyəcəyini deyib. Bununla o, kraliçanın ya öləcəyinə, ya da taxtdan çəkiləcəyinə işarə edib. Son məlumatlara görə isə kraliçanın oğlu vəlihəd şahzadə Çarlz, Baş nazir Boris Conson və kraliçanın bir çox çalışanı koronavirusa yoluxub.

Kraliça da virusa yoluxub ölsə, buna heç kim təəccüblənməz.

Londonda baş verən hadisələr, əslində dünyanın gələcəyini formalaşdıracaq. Bunu başa düşmək çətin deyil. “Taxt oyunları” (Game of Thrones) serialının daha real versiyası Londonda baş verir. Şahzadə Henrinin koronavirusdan əvvəl öz titullarından imtina etməsi və ABŞ-a köçməsi də təsadüfi deyildi. Hətta Tramp Henri üçün: “Gəlir gəlsin, amma biz onun üçün heç bir xüsusi müdafiə yaratmayacağıq”, demişdi.

Yeri gəlmişkən, şahzadə Diananın ölümü dünən ingilis sosial mediasında yenidən gündəmə gəlib. Kraliça çıxış edərkən sosial mediada şahzadə Diananın ölüm xəbərini alan kraliçanın Şotlandiyadakı tətilini dayandırmaması və Bukinhem sarayındakı bayrağın yarıya qədər endirilməməsi müzakirə olunub.

Kraliçanın işi artıq daha çətindir. O, “taxt oyunları”nı əvvəlki qədər güclü oynaya biləcəkmi? Hətta övladları və nəvələri də onun ölməsini istəyirlər.

Koronavirus dünyanı dəyişdirəcək. AvropaLondon da əvvəlki kimi olmayacaq. Kraliçaisə: “Koronavirus vasitəsilə heç kimə təslim olmayacağıq”, deməklə, əslində müharibədən bəhs edirdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar