Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Allah bizi adam yaradıb,biz də adam olaq"- Seyran Səxavət

Seyran Səxavətlə maraqlı müsahibə...

Məlum olduğu kimi, ölkədə xüsusi karantin rejimi elan edilib. Burada yeganə məqsəd dünyanın səssiz rejimdə fəaliyyət göstərməsinə səbəb olan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq, vətəndaşlarımızın sağlamlığını qorumaqdır.

Maraqlı məqam odur ki, əvvəllər fövqəladə hadisə baş verdikdə hərə öz komasına çəkilsə də, ictima-siyasi statusu olan şəxslər gündəmdə olmağa məcbur qalırdılar. Lakin indi vəzifəsindən, peşəsindən, kasıb və ya varlı olmasından asılı olmayaraq hamı “evdə qal” kampaniyasının dəstəkçisinə çevirilib. Hətta efirlərdə görməyə öyrəşdiyimiz sənət adamları ancaq sosial şəbəkələr hesabına xalqa müraciət edə bilirlər və təbii ki, hamımızı həmrəy olmağa, tədbirlərə əməl etməyə çağırırlar.Karantin rejimi yəqin ki, ən çox da yaradıcı adamlar üçün çətin olur, axı onlar gördüklərindən ilham alırlar, yazırlar, yaradırlar və yaşayırlar. İndi isə gördükləri 4 divardan başqa bir şey deyil. Amma onlar mütləq ki, o 4 divarda da yazacaq bir şey taparlar. Bu dəfə Yenisabah.az saytının karantin rejimi ilə əlaqədar bu və ya digər suallarını yazıçı Seyran Səxavət cavablandırıb:

- Seyran müəllim, ümid edirəm ki, əhvalınız yaxşıdır. Bildiyiniz kimi, ölkə karantin rejimindədir, insanlar evdən çölə çıxa bilmirlər. Siz bu karantini necə keçirirsiniz? Məşğuliyyətiniz nələrdir?

- Dövlət tərəfindən görülən bütün tədbirlər xalqımızın xeyrinədir. Buna qeyd-şərtsiz, iddiasız, hikkəsiz əməl etmək lazımdır. Mən evdə otururam, bizim uzun küçəmiz var, böyük həyətimiz var. Həyət-bacaya çıxıram. Bizim küçədən hələ karantindən əvvəl 3-4 maşın keçəndə biz elə bilirdik bu tıxacdır(gülür). İndi lap sakitlikdir. Çıxıram, gündə 4 kilometr gəzirəm. Evdən çıxmamaq o demək deyil ki, hava almayasan, gəzmək də lazımdır. Bu, bir sınaqdır. “Allah bizi sınayır” deyirlər e, bu o sınaqdan deyil. Bu, möhtəşəm bir sınaqdır. Universitetdə oxuyanda dövlət imtahanı olurdu, bax elə məsuliyyətli sınaqdır. Mən düşünürəm ki, bu həm də əxlaqi dərs olacaq. Bəşəriyyət çox sinəsinə döyürdü ki, yeri, göyü, hər yanı fəth eləmişəm, ulduzlara uçuruq və s. Amma sən demə bəşəriyyət “bambılı”nın biriymiş ki, bu virusun qabağında heç nə edə bilmir. Nəticə çıxarmaq lazımdır, təbiəti bu qədər zorlamaq olmaz. İnsanlığı güclülərə və gücsüzlərə, pullulara və pulsuzlara bölmək olmaz. Bunlar Allahın götürmədiyi şeylərdir. Düzdü, milyon ildi yaşamıram, amma oxumuşam, məlumatım var, insan yarandığı gündən bugünədək ən ədalətsiz dövr biz yaşadığımız dövrdür. Qədim ingilislərdə belə bir məsələ olub. Böyük şəhərlərdə, vilayətlərdə adi adam öləndə kilsənin zəngi bir dəfə çalınırmış. Əgər zəng iki dəfə vurulurmuşsa, deməli imkanlı adamlardan kimsə dünyasını dəyişib. Yox, əgər zəng üç dəfə vurulurdusa, bu ölkənin sahibinin öldüyü mənasına gəlirmiş. Bir dəfə İngiltərədə vilayətlərdən birində kilsənin zəngi 4 dəfə vurulur. Bu tarixdə olmayan şey imiş. Soruşurlar ki, bu 4 dəfə vurulan zəng nə deməkdir? Zəngi vuran gənc deyir ki, dünən vilayətdə bir nəfəri nahaq yerə tutdular, məhkəmədə ona ağır cəza verdilər. Ədalət ölüb və mən ədalətin ölməsi münasibətilə zəng çaldım. İndi onu demək istəyirəm ki, hər şey dördüncü zəngin altındadır. İnsanlar biraz özlərinə gəlməlidirlər. Nəfslərini yığsınlar. Allah yer kürəsini elə yaradıb ki, hamıya bəs edər. Bəşəriyyətin gözü qızmışdı.Elə Azərbaycanımızı götürək. Burada nələr olurdu? Rüşvətxorluq, korrupsiya, Allahsızlıq bütün dünyada baş alıb gedir, o cümlədən də bizdə...Mən ümidvaram ki, biz bu işlərdən möhkəm dərs alacağıq, yoxsa başqa çarə yoxdur. Bu, Allahın axırıncı sınağıdır. Sınağın da bir həddi var.

- Bir az əvvəl qeyd elədiz ki, gündə 4 kilometr gəzirsiz. Yəqin ki ,65 yaşdan yuxarı olan şəxslərə küçəyə çıxmanın qadağan olunduğunu bilirsiz. Bu sizin sağlamlığınız üçün təhlükə törədə bilər. Ümumilikdə vətəndaşlar küçəyə çıxarkən SMS göndərib çıxmalıdırlar. Siz küçəyə çıxmağı necə bacarırsız? Polislər sizi heçmi görməyib?

- Bəlkə də bunu deyəndən sonra gəlib məni aparacaqlar (gülür). Amma yenə də deyəcəm. Mənim ən çox zəng elədiyim nömrə 142-dir.Dünən gecə saat 3-də yatmışam. Gecə 3-də də zəng elədim, ancaq məşğuldur. Səhər tezdən zəng vurdum, yenə məşğuldur, bütün gün məşğuldur. Həm də bura biraz gözdən-könüldən uzaq yerdir. Rahat gəzirəm, qəşəng asfalt küçəmiz var, milyon manat qiyməti olan villalar var. Orada ancaq tülkü, çaqqala rast gəlirəm, elə başqa qorxulu şeyə rast gəlməmişəm, ona görə də özüm üçün gəzirəm, kiməsə bir ziyanım dəymir. Heç adama da rast gəlmirəm. Sosial məsafə 2 metrdir, burada evlərin arasında 200 metr məsafə var. Heç kəsə bir ziyanım dəymir ki... Yaxınımızda mağaza var, çörəyimizi də gedib özüm alıram. Mənə Moskvadan bir yoldaş Beriyanın portretindən bir şey göndərmişdi. Altına rusca yazılıb ki, “Luçşe sidet doma çem v türme” , yəni türmədə oturmaqdan evdə oturmaq yaxşıdır. Dünən ədəbiyyat qəzetinə müsahibə verdim. Orada demişəm ki, insanların günahlarını sayırlar, əxlaqdan 2 , əxlaqsızlıqdan 5, nəfsdən 5, göztoxluğundan 2 qiymətini alırlar. Sonda bu dünyanın sahibi gəlib deyir ki, qiymətləri nəzərə alaraq “bəşəriyyət haqqında həbs qətiimkan tədbiri seçilsin”. Bu cümlə mənim 11 il bundan qabaq yazıb çap elətdirdiyim “Yəhudi əlifbası” romanının əvvəlindən götürülmüş bir cümlədir. Allah hamımızı qorusun, o bizi adam yaradıb, biz də adam olaq.

- Bu sınaqdan çıxmaq üçün qaydalara da əməl etməliyik, müəyyən tədbirlər görməliyik. Siz virusdan qorunmaq üçün nələr edirsiniz?

-Televiziya nə deyirsə, onu edirəm. Əlimi tez-tez yuyuram, spirtləyirəm. Çölə çıxdımsa, spirtimi cibimdə saxlayıram ki, əlimi təmizləyim.

- Seyran bəy, dünyanın dörd bir yanında insanlar bu bəla ilə mübarizə aparırlar. Azərbaycanda da Koronavirusla Mübarizəyə Dəstək Fonduna yaradıldı, vacib işlər görülür. Amma hazırda kasıb bir təbəqə var, hansı ki, heç bir yerdən gəlirləri yoxdur. Dövlət nə qədər diqqət ayırsa da, onlara xüsusi yardım lazımdır. Hardadı bizim xeyriyyəçilər? Varlı kəsim niyə heç əlini cibinə atmır?

- Mənə görə bunun iki səbəbi var. Bir səbəb odur ki, insanlarda mərhəmət qupquru quruyub, Ərəbistan səhraları quruyub yağışsızlıqdan cadar-cadar olur e, onun kimidirlər. İkinci səbəb də budur ki, Azərbaycanda ən çox imkanlı olan adamlar pulu haram yolla qazananlardır. İndi o necə açıq şəkildə yardım eləsin? Onsuz da soruşan yoxdur, amma birdən soruşdular ki, bala, sən bu pulları hardan almısan? Nə cavab verəcəklər? Ona görə də bəri başdan özlərini sığortalayırlar. Kömək edən əməlli-başlı kömək etməlidir. Bizə Musa Nağıyev, Hacı Zeynalabidin Tağıyev lazımdır. Onların halal pulları var idi, necə istəyirdilər, elə də xərcləyirdilər. Millətin təhsilinə, mədəniyyətinə, maarifinə diqqət ayrırdılar. İndiki milyonçular qeyri-qanuni milyonçulardır. Bir uşaq doğulur, bilinmir atası kimdir. Bunlarin milyonçuluğu da elə bir şeydir. Bəzi adamlar rəmzi 5-10 manat yardım edirlər. Mən onun tərəfdarı deyiləm. Sənin o 5 manatın özündən başqa heç kimə lazım deyil.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar