Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bizi narahat edən məsələ günəmuzd işləyən insanlarla bağlıdır"- Vahid Əhmədov

Millət vəkili Vahid Əhmədov işsiz statusu alanlara ödəniləcək yardımın şərtlərinə münasibət bildirib...

V. Əhmədov bildirib ki, bu məsələlərdə bir qədər gecikilib:

"Xatırlayırsınızsa cənab Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edəndə bildirdi ki, ötən həftə ərzində artıq ödəmələrə başlamaq lazımdır. Çoxdan bu planlar hazır olmalı idi. Ümumiyyətlə, 2,5 milyard vəsait ayrılıb. Bu az vəsait deyil. Burada sahibkarlara da, digər imkanı olmayanlara da vəsait verilir. Amma bizi narahat edən məsələ günəmuzd işləyən insanlarla bağlıdır. Onlar faktiki olaraq səhər işə gedib axşam evlərinə 10-15 manat çörək pulu aparırlar. Bizi əsas narahat edən onlardır. Onlar faktiki olaraq heç yerdə qeydiyyatda yoxdurlar. Həmin şəxslər çoxdan qeydiyyata alınmalı idi və vəziyyəti araşdırılmalı idi. Birinci, onlara yardım olunmalı idi. Çünki bizə zənglər çox gəlir. Bu gün mən 4 rayondan bu barədə zənglər almışam.

İkincisi, elektron şəkildə məlumat göndərmək çox böyük problem yaradır. Yüklənmələr var. İnsanlar zəng edib deyə bilmirlər ki, müraciət edə bilmirlər. Dünən nazir Sahil Babayev məlumat verdi ki, bir ailədə bir nəfər işləyirsə, digər üzvlərə yardım edilməyəcək. Həmin ailələrə baxmaq lazımdır. Elə ailə var ki, cəmi bir nəfər işləyir və 250 manat maaş alır. Onun 4 ya 5 nəfər ailə tərkibi var. Bir də var ki bir nəfər işləyir 250 manat alır və o ailədə iki nəfər var. Bunları da fərqləndirmək lazımdır.

Belə çox sərt deməyə də ehtiyac yoxdur. Yəni 2,5 milyard manat kifayət qədər böyük vəsaitdir. İlkin olaraq bu vəsait ayrılıb. Cənab Prezident qeyd etdi ki, lazım olsa yenə ayrılacaq. Onu bölüşdürən zaman elə etmək lazımdır ki, ünvana çatsın. O ünvana ki həmin şəxsin ona ehtiyacı var. İkincisi də, bu məsələyə nəzarət mütləq olmalıdır. Ciddi nəzarət olmalıdır ki, bundan sui-istifadə hallarına yol verilməsin". (Qafqazinfo)

pia.az

 


Etiket: Vahid Əhmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar