Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusla bağlı mübahisəli məsələlər haqqında rəsmi açıqlama

ÜST sözçüsü yaranmış iddialara və mübahisəli məqamlara münasibət bildirib...

“Biz bu virusu sadəcə 3 aydır tanıyırıq. İsti havada koronavirusun yoxa çıxdığına dair fikirlər var, amma digər tərəfdən infeksiya isti ölkələrdə də aşkarlanıb. Bu məsələdə araşdırmalarımız davam edir”.

PİA.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer koronavirus ətrafında yaranmış iddialara və mübahisəli məqamlara münasibət bildirərkən deyib.

Türkiyənin NTV kanalına danışan təşkilat rəsmisi isti havada koronavirusun yoxa çıxdığına dair iddianın hələlik dəqiq olmadığını bildirib.

Bundan başqa, K.Lindmayer pandemiyanın hazırda hansı dövründə olduğuna dair suala da cavab verib: “Hazırda 1 milyondan çox koronavirus hadisəsi qeydə alınıb. Bu, çox böyük rəqəmdir. Bəzi ölkələrdə virus, ümumiyyətlə daha yeni yayılmağa başlayır. Digər tərəfdən, İtaliya, İspaniya və Fransada koronavirusdan günlük yoluxma hallarında azalma da görürük. Bu yaxşı xəbərdir. Sadəcə bəlli olan budur ki, pandemiyanın son nöqtəsindən hələ çox uzağıq”.

ÜST-nin rəsmisi koronavirusa qarşı vaksinin hələlik sınaq mərhələsində olduğunu və bunun hazırlanıb milyonlarla insana paylanılması böyük vaxt alacağını da bildirib.

K.Lindmayer həmçinin virusun yayılması ilə bağlı mübahisəli məqamlara da aydınlıq gətirib:

“Virus hava ilə deyil, damcı yolu ilə ötürülür. Bu damcılar öskürdükdə və ya asqırdıqda 1 metr məsafəyədək yayıla bilər. Ancaq qışqırsanız və ya yüksək səslə danışsanız damcılar daha uzun məsafəyə sıçraya bilər. Ancaq bununla belə, havada qalmır, yerə düşürlər”.

“Koronavirus daşıyıcısı 1 nəfərin 5 nəfəri yoluxdurması sadəcə bir ortalamadır. Yoluxmuş şəxs 16 nəfəri də yoluxdura bilər. Düzdür, bu ortalamanı yenə də dəyişmir”, - o əlavə edib. (Report)

pia.az


Etiket: ÜST

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar