Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün OPEK+ razılığa gələ bilməzsə....  

Bu gün Rusiya və Səudiyyə arasında razılıq olmazsa neft bazarında nələr baş verər?..

İqtisadçı-ekspert: “Azərbaycan neftinin 15 dollardan aşağı düşməsi riskləri var”.

“Faktiki olaraq indiki halda neftə azalan tələbin qarşılanması üçün OPEK-in imkanları nisbətən məhduddur”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov OPEC-in bu gün nəzərdə tutulan toplantısını və mümkün nəticələri PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC ilə qeyri-OPEC ölkələri arasındakı görüşün təxirə düşərək 9 aprelə salındığını söyləyib.

Paytaxt Moskvada jurnalistlər və neft bazarları üçün dəyərləndirmələr aparan D.Peskov deyib: “Rusiyanın enerji bazarını sabitləşdirmək üçün digər ölkələrlə işləməyə hazırıq. Daha əvvəl koordinasiya prosesində iştirak etməyən ölkələrdə də neft bazarını sabitləşdirmək lazımdır. OPEC-in 6 aprelə planlaşdırılan video-konfrans toplantısı təxirə düşərək 9 aprelə salınıb. Hal-hazırda görüşə hazırlıqlar gedir."

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Energetika Nazirliyi OPEC və qeyri-OPEC ölkələri arasında görüşün video konfrans vasitəsilə 6 apreldə keçiriləcəyini açıqlamışdı. Lakin daha sonra görüş qeyri-müəyyən səbəbdən aprelin 9-na qədər təxirə salınmışdı. Dünən yayılan məlumatda isə bildirilir ki, Rusiya neft hasilatını 14% azaltmağa razıdır. Bu isə hasilatın gündəlik 1,4 mln barrel azalması deməkdir. Səudiyyə Ərəbistanı isə bunun müqabilində hasilatı nə qədər azaldacağı barədə hələ ki, məlumat verməyib. Laikin ekspertlər hesab edirlər ki, Rusiyanın bu addımı qarşısında Ər-Riyad gündəlik neft hasilatını daha çox azaldacaq.

Bu toplantıdan Rusiya və Səudiyyə razılıq əldə etmədən çıxması ehtimalı mümkündürmü və bu ehtimalda neft bazarında nələr baş verər? Həmçinin qlobal enerji bazarında son zamanlar baş verən proseslərin Azərbaycana təsirləri barədə nə demək olar? Azərbaycan iqtisadiyyatı uzun müddətli ucuz neft dönəminə hazırdırmı?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Rəşad Həsənov: “Azərbaycan neftinin 15 dollardan aşağı düşməsi riskləri gözardı edilməməlidir”.

Bu günkü toplantıda razılıq olmasa, bunun bazarda yeni bir depresiya dalğasını formalaşdıracağını düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, nəticədə qiymətlər bundan əvvəlki dövrdə qeyd edilən minimum səviyyədə olacaq:

“İndiki halda situasiya kifayət qədər mürəkkəbdir. Biz informasiya axınlarına baxsaq bunu görmüş olarıq. RusiyaSəudiyyə Ərəbistanı arasında olan anlaşılmazlıqdan əlavə olaraq OPEC+ formatı ABŞ-ın da prosesdə iştirak etməsini tələb edir.

Faktiki olaraq indiki halda neftə azalan tələbin qarşılanması üçün OPEK-in imkanları nisbətən məhduddur. Çünki burada digər böyük oyuncu ABŞ-dır. Buna görə də ABŞ-ın da hasilatı azaltmasına ehtiyac var. Hesablamalara görə təxminən gündəlik 12 milyon ton neft hasilı indiki halda azaldılmalıdır. Bu yükü bütövlükdə OPEK öz üzərinə götürmək istəmir.

Buna görə də indiki şərtlər daxilində bu günkü toplantıdan qərarın çıxması ehtimalı mənim üçün 60-ın 40-dır. Yəni 60 faiz ehtimal edirəm ki, müsbət qərar çıxacaq. Amma yenə də 40 faiz risklər qalmaqdadır.

Rəşad Həsənov: “Əgər hasilat 10 milyon barrelin üzərində azaldılarsa, bu zaman qiymətlərin brend neft üçün 40-45 ABŞ dollara qədər bahalaşması ehtimalı var”.

Toplantıda müsbət qərar çıxarsa, bu zaman neftin qiyməti müsbət qərarın hansı səviyyədə olmasından asılı olacaq. Hasilatın nə qədər azaldılması əhəmiyyətli məqamlardan biri olacaq. Əgər hasilat 10 milyon barrelin üzərində azaldılarsa, bu zaman qiymətlərin brend neft üçün 40-45 ABŞ dollara qədər bahalaşması ehtimalı var. Əks halda razılıq olmasa, bu bazarda yeni bir depresiya dalğasının formalaşmasına gətirib çıxaracaq. Nəticədə qiymətlər bundan əvvəlki dövrdə qeyd edilən minimum qiymətdə olacaq. Yəni brend neft 21.5 dollar, hətta 15 dollar qiymətində ola bilər. Bazarlar bu günkü toplantıdan çıxan nəticəyə bu qədər sərt reaksiya verə bilərlər.

Təbii ki, bu şərtlər daxilində Azərbaycan nefti üçün vəziyyət arzuolunmaz olacaq. Çünki cari vəziyyətdə Azərbaycan nefti bazarda ucuz qiymətə təklif olunurdu. Bu qiymət təxminən 23-24 dollar ətrafındadır. Azərbaycan neftinin 15 dollardan aşağı düşməsi riskləri gözardı edilməməlidir.

Rəşad Həsənov: “Bazarlar bu günkü toplantıdan çıxan nəticəyə sərt reaksiya verə bilərlər”.

Düşünürəm ki, hökumət bu məqamları özünün siyasətində diqqətdə saxlamalıdır. Amma vaxt da məhduddur. Bu gün, böyük ehtimalla ən gec halda sabaha qərarın nəticələri açıqlanacaq. Buna uyğun olaraq da bazarda dinamika müşahidə olunacaq.

İndiki şərtlər daxilində bazar məsələyə qismən optimist yanaşır. Düzdür ötən gündən etibarən müəyyən qədər qiymətlərin azalması prosesi gedirdi. Amma ABŞ-ın 2020-ci il üçün gündəlik hasil edəcəyi neft proqnozunu 12.9 milyon barreldən 11,9 milyon barrelə qədər azaltması bazarlara müsbət təsir göstərib.

Hazırda neftin qiyməti 32 dollar ətrafındadır. Ümid edirəm ki, bu günkü görüşdən daha müsbət nəticələr çıxacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: OPEK+


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar