Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboyda qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlirlər

Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda koronavirusla mübarizə yüksək səviyyədə həyata keçirilir...

Goranboy rayonunda koronavirusa qarşı maarifləndirmə tədbirləri və xüsusi karantin rejiminə əməl olunması ilə bağlı monitorinqlər davam etdirilir. Bu barədə PİA.az-a verilən məlumata görə rayon ərazisində karantin rejiminin uğurla davam etdirilməsi və virusun rayon sakinlərinə keçməməsi üçün bütün vacib tədbirlər həyata keçirilir. Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Operativ Qərargah rayonun bütün yaşayış məntəqələrində yaratdığı orerativ mobil qruplar vasitəsi ilə karantin vəziyyətinə nəzarəti tam şəkildə həyata keçirə bilir. Bununla yanaşı ölkənin ərzaqla təminatında əsaslı rol oynayan kənd təsərrüfatı sahəsində işlər də yubadılmır. Fermerlərə öz sahələrində çalışmaq üçün bütün imkanlar yaradılır və bu zaman karantin qaydalarına riayət olunmasına ciddi şəkildə nəzarət olunur. Bunun üçün rayonda koronavirusa qarşı maarifləndirmə tədbirləri hər gün daha da genişləndirilir.

Eyni zamanda xüsusi dərman pereparatları vasitəsi ilə Goronboyun bütün yaşayış məntəqələri ərazilərində olan inzibati binaların, ticarət obyektlərinin, küçə və meydanların dezinfeksiya edilməsi davam etdirilir.

Goranboy şəhərinin prospekt və küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur. Həmçinin binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür, əhali arasında maarifləndirmə işləri aparılır.

Müntəzəm olaraq infeksiyaya yoluxma riskinin qarşısının alınması məqsədilə təlimatlar sakinlərə izah olunur, küçə və meydanlara maarifləndirici elanlar vurulur. Tələbata uyğun olaraq rayonda fəaliyyət göstərən əczaxanalarda qoruyucu vasitələrin və maskaların olmasına nəzarət edilir.

Xidmət təşkilatlarının, polis əməkdaşlarının və səhiyyə işçilərinin birgə işi rayon İcra Hakimiyyəti tərəfindən əlaqələndirilir və bütün bu işlərin mükəmməl şəkildə nöqsansız həyata keçirilməsinə ciddi nəzarət edilir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar