Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp yenə hədəfi yayındırır: Kazino kapitalizmi artıq bir işə yaramır...

Marsa kosmik gəmi göndərən, kosmosdan düşmən hesab etdikləri hədəfləri aşkarlayan, nüvə arsenalını və super gücünü durmadan nümayiş etdirən ABŞ-ın həkimlər üçün həftələr boyunca 10 sentlik maska ​​və bir dollarlıq önlüklə belə təmin edə bilmədiyini bütün dünya təəccüblə izləyir...

Ufuk Söylemez

“Aydınlık” qəzeti, Türkiyə, 9 aprel 2020-ci il

ABŞ prezidenti Tramp bu ilin noyabr ayında baş tutacaq prezident seçkilərində ikinci dəfə prezident seçiləcəyinə çox inanırdı. Lakin Covid-19 pandemiyasının ABŞ vətəndaşlarına və səhiyyə sisteminə vurduğu ağır zərbə qarşısında hazırlıqsız, qeyri-kafi və uğursuz şəkildə mübarizə apardığı üçün getdikcə çətin vəziyyətə düşməyə başlayıb. Bu səbəbdən də həmişə olduğu kimi hədəfi yayındırmaq və cinayətkar yaratmaq kimi populist üsullara əl atmalı olub.

Əvvəlcə strateji hədəfi və düşməni hesab etdiyi Çinə qarşı ittihamlar irəli sürüb. Çinin pandemiya barədə vaxtında məlumat vermədiyini, rəqəmləri gizlətdiyini iddia edib və Çindən təzminat tələb etmək məqsədilə onu məhkəməyə verəcəyini deyib. Çin isə bu virusun ABŞ əsgərləri tərəfindən Çində təşkil olunan bir idman tədbiri zamanı bilərəkdən yoluxdurulduğunu iddia edib.

Bundan sonra Tramp Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ittiham etməyə başlayıb. Bu təşkilata ən çox ABŞ-ın ödəniş etdiyini, lakin ÜST-ün Çinə daha yaxın olduğunu və onun kimi danışdığını iddia edərək ÜST-yə edilən maliyyə yardımının müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Afro-amerikalılara qarşı ayrı-seçkilik edilir?

Tramp daha sonra ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Antoni Fasi ilə birgə bildirib ki, bu virus ən çox afro-amerikalılara, yəni Afrika əsilli qaradərili amerikalılara zərbə vurub. Əlbəttə ki, bunu deyərkən irqçilik və ayrı-seçkilik ittihamlarını aradan qaldırmaq məqsədilə daha hiyləgər və ehtiyatlı açıqlamalar verməyi də unutmayıb.

Lakin qaradərili əhalinin sıx olduğu və xəstəliyə yoluxduğu Luiziana, İllinoys, Miçiqan, Nyu-Cersi və Nyu-York kimi şəhərlərdə yaşayan bu insanlar sağlamlıq xidmətlərdən çox çətinliklə istifadə edirlər, qeyri-sabit və etibarsız iş yerlərində işləmək məcburiyyətində qalırlar və tibbi yardımlardan yararlanmaq imkanları da yoxdur.

Məsələn, Luiziana ştatının qubernatoru Edvards keçən bazar ertəsi günü 512 nəfərin virusa yoluxduğunu və bu səbəblə ölənlərin 70%-dən çoxunun afro-amerikalı olduğunu bildirib. Bununla birlikdə, bir çox ağlı başında olan səlahiyyətli şəxslər bu vəziyyəti yeni bir irqçilik və ayrıseçkilik mövzusuna çevirmək üçün heç bir əxlaqi-mental və tibbi əsasın olmadığını qeyd edib. Ən azından Trampın bu vəziyyəti belə istismar edən mövqeyinə etiraz edilib.

Dini, imanı pul olan, neoliberal, vəhşi kazino kapitalizminin istehsal əvəzinə, qısamüddətli maliyyə maraqları üçün illərdir “Wall Street”dən başqa heç nəyə dəyər verməyən siyasətlərinin bu gün koronavirus pandemiyası zamanı bir işə yaramadığını görürük.

Tramp hər axşamüstü medianın qarşısına çıxaraq ABŞ ictimaiyyətinə nə qədər güclü və uğurlu olduqlarını deyərək səhiyyə sisteminin iflasını gizlətməyə çalışır.

Marsa kosmik gəmi göndərən, kosmosdan düşmən hesab etdikləri hədəfləri aşkarlayan, nüvə arsenalını və super gücünü durmadan nümayiş etdirən ABŞ-ın həkimlər üçün həftələr boyunca 10 sentlik maska ​​və bir dollarlıq önlüklə belə təmin edə bilmədiyini bütün dünya təəccüblə izləyir.

Beynəlxalq həmrəylikdən danışan Trampın Fransanın Çindən sifariş etdiyi 1.5 milyon maskanı üç qat baha qiymətə satmağa çalışması, həmçinin, Almaniyadakı Berlin əyalətinin Çindən gətirdiyi maskaları Banqoqda ələ keçirməsi ABŞ üçün böyük bir utanca çevrilib.

Təəssüf ki, ABŞ indi də BVF rəhbərliyinin alıcılıq problemi ilə üzləşən üzv ölkələri üçün ayırdığı bir trilyon dollarlıq resursa da rəhbərlik istəyir.

BVF prezidenti K. Corciyeva ötən həftə 90-a yaxın ölkənin əlavə likvidlik üçün BVF-yə müraciət etdiyini açıqlayıb: “Təməldə güclü olan, lakin hazırda çətin vəziyyətdə qalan ölkələr üçün qısamüddətli likvidlik proqramına başlayacağıq”.

Ancaq bu ödənişi fondun ən böyük səhmdarı olan ABŞ Maliyyə Nazirliyinin dəstəkləyəcəyi elan edildikdən sonra ABŞ-ın üzv ölkələr arasında obyektiv seçim edib-etməyəcəyi müzakirə olunub.

Nə olursa olsun Tramp çətin vəziyyətdədir. Artıq prezident seçkilərinin keçiriləcəyi də dəqiq deyil.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar