Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Muradov: “Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır” - Video

“Yüksəliş” müsabiqəsi işinə başlayan gündən sistemli və məqsədli iş prinsipi ilə həm dövlət, həm özəl strukturların etimadını qazandı...

Bir çox qurumların mötəbər adamları, rəhbərləri bu layihə ətrafında birləşərək, ölkənin potensial kadr bazasının yaradılması istiqamətində müştərək addımlar atdılar.

Bununla da “Yüksəliş” müsabiqəsi Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərləri (https://yukselish.az/mentors.html) bir heyətdə toplamağı bacardı. Onlar peşəkar rəylərini, tövsiyələrini hər fürsətdə dilə gətirir, təcrübələrini bölüşürlər.

Bu dəfə idarəçilikdə peşəkarlığın təməl şərtlərini səciyyələndirən meyarlarla bağlı sualları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov cavablandırıb.

- Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

- Uğurlu idarəçi dövlətini sevən və müstəqil dövlətinin təbliğatçısı olan şəxsdir. Bir rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır. Uğurlu idarəçi kollektivlə işləməyi, rahat bir iş mühiti yaratmağı bacarmalıdır.

Uğurlu idarəçinin mühüm cəhətlərindən biri odur ki, o, ən çətin dövrlərdə, yüksək nəticə əldə olunmadığı bir məqamda belə, işçinin arxasında dura bilsin, onları dinləyə bilsin. Uğurlu idarəçi yüksək biliyə sahib olmalı, hər bir işçiyə gördüyü işin nəyə xidmət etdiyini anlada bilməlidir.

O, müzakirə və tənqidlərə açıq, dəqiq, aydın düşüncəyə malik olmalıdır. Uğurlu idarəçi liderlik qabiliyyətinə sahib olmalı, biliyini paylaşmaqdan çəkinməməlidir. Həmçinin, idarə etdiyi sahənin keçmişindən dərs çıxararaq, bu günü və gələcəyi, riskləri və böhranları düzgün idarə etməlidir.

- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz? (kitablar və ya vərdişlər)

- İdarəçi olmaq istəyən şəxslər dövlətə və dövlətçiliyə sədaqətli olmalı, Azərbaycanın maraqlarını müdafiə etməlidir. Bunun davamında isə bildirmək istərdim ki, özünüzü daim komandanızın bir üzvü hesab edin, işçilərə təlimat deyil, işə yarayacaq fikirlər verin.

İşçilərin iş vaxtı da özlərinə zaman ayırmalarına şərait yaradın. İnsanlara karyerasında irəliləyən zaman mane olmayın, əksinə, meydan verin. Hər gün yeni şeylər öyrənin, yeni dünya ilə ayaqlaşın, sosial aktivliklərdən qaçmayın, kitablarla və gündəlik informasiyalarla dost olun. İşinizi sevin, dəyişməkdən qorxmayın, inkişaf edin və hər zaman yaxşı nümunə olmağa çalışın.

- “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

- Müasir idarəçilik tamamilə yeni anlayışdır. “Yüksəliş” müsabiqəsinin bu sistemə uyğun insanların seçilməsində və dövlət idarəçiliyində öz layiqli yerlərini tutmasında əvəzsiz rol oynayacağına inanıram, həmçinin, xaricdə təhsil alan, müəyyən təcrübəsi olan şəxslərimizin də müsabiqədə iştirak etməklə dövlətimizə böyük faydalar verəcəyi şübhəsizdir.

İnanıram ki, strateji düşünən, gələcəyi görən gənclərimiz məhz “Yüksəliş” müsabiqəsi nəticəsində öz bilik və bacarığını tətbiq etmək imkanı qazanacaqlar. Müsabiqə həm də xaricdə yaşayan azərbaycanlı gənclərin öz vətəninə böyük faydalar verməsinə imkan yaradacaq, onlar da kadr ehtiyatı bankında öz layiqli yerlərini tutacaqlar.

pia.az


Etiket: Fuad Muradov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar