Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT: Koronavirusa qarşı misli görünməyən addımlar atmalıyıq

BMT-nin baş katibi Antoniu Quterreş koronavirus (COVID-19) infeksiyasına dair Ümumdünya Səhiyyə Təşkilatına dəstək bəyanatı yayıb...

 

Bəyanat mətnində deyilir:

"COVID-19 pandemiyası çağdaş dünyanın üzləşdiyi ən təhlükəli problemlərdən biridir. Bundan başqa, bu, sağlamlığa və sosial-iqtisadi vəziyyətə ciddi fəsadlar törədən bəşəri böhrandır.

Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların əhalisini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.

Ötən il Demokratik Konqo Respublikasına səfərim zamanı ÜST əməkdaşlarının qeyri-stabil şəraitdə, habelə ucqar və təhlükəli regionlarda Ebola ilə mübarizə apararkən cəsarət və qətiyyətinin şəxsən şahidi olmuşam. Aylardır yeni Ebola hallarının qeydə alınmaması ÜST-ün diqqətəlayiq uğurudur.

İnanıram ki, Ümumdünya Səhiyyə Təşkilatı dəstəklənməlidir. Bu, COVID-19-la müharibədə qalib gəlmək istiqamətində dünya ölkələrinin göstərdiyi səylər üçün çox vacibdir.

Misli görünməmiş virusa qarşı mübarizədə misli görünməyən addımlar atmalıyıq. Əlbəttə, hazırkı şərtlərdə eyni faktları müxtəlif mənbələr fərqli yoza bilər. Epidemiya bitdikdən sonra bu xəstəliyin necə yarandığını və dünyaya sürətlə yayılmasını, eləcə də tərəflərin böhrana reaksiyasını tam anlamaq üçün keçmişə baxmaq imkanı tapmalıyıq. Əldə olunacaq təcrübələr gələcəkdə baş verə biləcək oxşar təhlükələrə qarşı doğru addımlar atmaqda önəmli əhəmiyyət daşıyacaq.

Amma indi bunun zamanı deyil. İndi beynəlxalq ictimaiyyətin birgə və həmrəylik içində çalışaraq, bu virusu və onun dağıdıcı fəsadlarını dayandırmaq üçün birlik zamanıdır".(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar