Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Arif İsmayılzadə vəfat edib

Petrologiya sahəsində tanınmış alim, "Şöhrət" ordenli, Azərbaycan Respublikasının Əməkdar geoloqu, Əməkdar elm xadimi, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə bu gün 82 yaşında vəfat edib...

Bu barədə PİA.az-a AMEA-dan məlumat verilib.

Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-geoloq ixtisası üzrə bitirib. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1990-cı ildə elmlər doktoru alimlik dərəcələrini alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Alim 1959-cu ildən Geologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ali Attestasiya Komissiyasının Yer elmləri şöbəsinin eksperti olub. 2005-ci ildə AMEA Geologiya İnstitutunun Petrologiya və metallogeniya seksiyasının rəhbəri təyin edilib. 2007-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi olub. 1995-ci ildən Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibi idi.

Allah rəhmət eləsin!

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar