Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabahdan etibarın vətəndaşlar 190 manatı ala biləcəklər - Rəsmi

Azərbaycan vətəndaşlarına 190 manat məbləğində olan birdəfəlik müavinətlərin ödənişi bankomatlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur...

Bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, vətəndaşlar müavinətləri banklara yaxınlaşmadan, ATM-lərdə müxtəlif kodlar daxil etməklə ala biləcəklər: “Hazırda belə bir imkanın yaradılması istiqamətində banklarla işlər aparılır. Lakin ilkin mərhələdə biz bu imkanı yarada bilmirik. Belə ki, vətəndaşların istifadəsində olan mobil telefon nömrələrinin onların öz adlarına olub-olmadığından əmin deyilik. Ona görə birinci mərhələdə biz nəzərdə tuturuq ki, bu vəsaiti vətəndaşlar banklardan əldə etsinlər. İkinci mərhələdə isə biz yeni bir mexanizm tətbiq etmək istəyirik ki, burada vətəndaşlar e-sosial.az portalına daxil olaraq öz mobil nömrələrini təsdiq etsinlər. Biz əmin olduqdan sonra ki, mobil nömrə vətəndaşın adınadır, bankomat vasitəsi ilə ödənişlərin verilməsini təmin edəcəyik”.
Dövlət Məşğulluq Xidmətinin rəisi həmçinin əlavə edib ki, sabahdan etibarən birdəfəlik müavinətlərin verilməsi banklar və “Azərpoçt” vasitəsilə həyata keçiriləcək.

“Biz bir qədər sonra elan edəcəyik ki, neçə vətəndaşın ödənişi aparıldı. Sabahdan isə vətəndaşlara hansı banka yaxınlaşıb vəsaiti əldə edə biləcəkləri barədə SMS-lər göndəriləcək”, - deyə M. Abbasbəyli bildirib. (APA)

pia.az


Etiket: 190 manat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar