Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pulun yerinə kisəsi 26 manatdan hesablayıb gübrə verirlər” –Natiq Cəfərli

“Aqrar sektor, fermerlər ağır durumdadırlar, son günlər o kəsmdən çox sayda mesajlar, şikayətlər gəlir, vəziyyət ağırdır”...

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, karantin rejiminin gətirdiyi çətinliklərlə yanaşı, obtektiv və subyektiv əngəllər də yaranıb: “Ən pisi odur ki, məsələnin dərinliyini analiz edən qurumlar yoxdur, qısa-orta-uzun vadəli təsirlər hesablanmır, hələ də boğazdan yuxarı bəyanatlar verilərək problemlər görməzdən gəlinir. Karantin rejiminin gətirdiyi məhdudiyyətlərlə bağlı bütün problemlər operativ həll olunmalıdır, Nazirlər Kabineti bu məsələ ilə bağlı qərar verib, amma mexanizmlər nəzərdə tutulmayıb deyə, fermer, aqrar sektor işçiləri əziyyət çəkirlər. Heç bir fermerin, aqrar sahədə çalışanın cibində bunu təsdiq edən vəsiqə yoxdur ki, nəzarət edən qurumlara göstərib öz işi ilə məşğul ola bilsin – bu hələ ən asan həll oluna biləcək məsələdir, amma daha qəliz məsələlər var. Aqrar sahəyə subsidiyaların forması, nəhayət ki, keçən ildən başlayaraq dəyişdirildi, daha məntiqli yanaşma tədbiq edilməyə başladılar – bu yaxşı haldır, amma məsələnin icrası yenə də axsayır. Məsələn: 1) Yeni meyvə bağları salan fermerlərə hər hektar üçün 800 manat subsidiya verilməlidir, yaxşı qərardır, çünki, meyvəçilikdə illər sonra qazanca çıxırsan, ilk bir neçə il tinglərə qulluq etmək lazımdır. Regionlardan gələn xəbərlərə görə bağçılıqla məşğul olan fermerlərə indi həmin vəsaitin 25%-ni nəğd verirlər, qalan 75%-ni isə gübrə şəklində verməyi qərarlaşdırıblar. Fermerlər çətin duruma düşüb, pulun yerinə kisəsi 26 manatdan hesablayıb gübrə verirlər, hansı ki, sərbəst bazarda həmin gübrənin kisəsi 12-14 mantdır. Bağçılar aldıqları gübrənin tamamını istifadə edə bilməzlər – hamısını ağaclara vursalar tinglər həmən məhv olar, ona görə də onlara subsidiya əvəzinə verilən kisələri bazarda satıb pula çevirməyə çalışırlar – absurd vəziyyət yaranır, 2) Rusiya bizim fermerlərin ən böyük bazarıdır, illərdir ixracatda çoxşaxəli modelə keçə bilmədik deyə iqtisadiyyatımız neftdən, aqrar ixracatımız isə Rusiyadan asılı vəziyyətə düşüb. İndi sərhədlər bağlıdır, fermerlər öz malını Rusiyaya apara bilmirlər, kartof-soğan, pomidor-xiyar, çiyələk, meyvələr ixraca getmir, fermerlər gözünü həmişə mart-aprel ayına tikib Rusiyadan qazandıqları pula güvənirdilər. İndi bazar, demək olar ki, bağlıdır, ixrac xeyli düşüb – yaxşı, bu fermerlər indi Rusiyadan pul qazanmasalar sonra 1 il nə ilə dolanacaqlar? Nə ilə növbəti aqrar mövsümə hazır olacaqlar? Qazanc yoxdursa nə əkib, nə becərəcəklər? 3) Bir çox insanlar sevincək deyirlər ki, ixrac olmasa yerli bazarda mal bolluğu olacaq, qiymətlər ucuzlaşacaq – ilk baxışdan gözə-qulağa xoş gələn məqamdır, amma bu il fermerlər tək yerli bazara mal versələr qazancları olmayacaq, yüzminlərlə bu sahədə çalışan insan növbəti mövsümə qədər nə ilə dolanacaqlar?! Qazanc olmayacaqsa növbəti əkin-biçinə hansı maddi resurslarla hazırlaçacaqlar?! Bu o demək olacaq ki, bu il bolluq və ucuzluq olsa, gələn il əksinə qıtlıq və bahalıq olacaq – burnumuzun ucundan o tərəfi görməyi nə zaman öyrənəcəyik?! 4) Ölkəyə valyuta daxilolmaları kəskin düşüb – neft Badamlıdan da ucuzdur, qeyri-neft sektorunun əsas ixaracı isə aqrar sektor idi, bu il ixrac bazarları qapalı olsa, deməli ölkəyə bu sahədən də gələn valyuta azalacaq, bunun makro təsirlərini hesablayan kimsə varmı?! 5) Qonşu ölkələrin hamısında öz milli valyutaları dəyərdən düşüb, rubl, lirə, lari, təngə, qrivna – hamısı ucuzlaşıb, belə olan şəraitdə Azərbaycandan aqrar məhsulların ixracı mənasız və gəlirsiz olub-olacaq, əksinə, ölkəyə idxal stumullaşır, süni şəkildə manatın məzənnəsinin indiki səviyyədə saxlanılmasının aqrar sektira vurduğu ziyanı hesablayan bir qalstulku müəllim varmı?! Nə isə, həmişəki kimi suallar çox, çətin və mürəkkəb şəraitdə işləməyi bacaran, vizionu olan hökumət isə yox – neft 70-100 dollar olanda, dünyanın üzərinə qıfıl vurulmayan dövrdə nənəm də nazir ola bilərdi...” (Pravda.az)

pia.az


Etiket: Natiq Cəfərli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar