Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus pandemiyası avtoritaizmi gücləndirir...

Fövqəladə vəziyyətlərdə demokratik rejimlər daha effektsiz, avtoritar tejimlər isə daha effektlidirmi?...

Politoloq: “Tarixdə bəlkə də ilk dəfə əvvəlki yüzilliklərdə yalnız müharibələr yolu ilə dəyişən dünya nizamının digər bir fenomen - pandemiya vasitəsilə dəyişməsinin şahidi oluruq”

“Dünyada post-pandemiya dövründə böyük ehtimalla anti-qlobalistlərin rolu artacaq və qloballaşmanın zərərli tərəflərinin təbliğatı güclənəcək”.

Bu sözləri politoloq Nəzakət Məmmədova pandemiya dönəmində böyük dövlətlər arasında siyasi gərginliklərin yaşanmasına ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Koronavirus pandemiyası artıq siyasi qarşıdurma predmetinə çevrilməkdədir. Xüsusən ABŞ və Çin rəsmiləri bu virusun laborator şəkildə hazırlanması və müəyyən siyasi, iqtisadi məqsədlər üçün dövriyyəyə buraxılması ilə bağlı qarşıqlı ittihamlar irəli sürməkdədirlər.

Eyni zamanda koronavirus pansemiyasının demokratik ölkələrdə daha çox yayıldığı diqqət çəkməkdədir. ABŞ başda olmaqla Qərb dövlətləri korinavirus qarşısında acız durumda qalmaları fonunda virusun Rusiya, Çin kimi avtoritar ölkələrə daha az ziyan vurması da ortadadır. Bu da fövqəladə vəziyyətlərdə demokratik rejimlərin daha effektsiz, avtoritar tejimlərin isə daha effektli olması iddiasının yaranmasına səbəb olub.

Bütün bu iddiaların beynəlxalq siyasətə və qlobal iqtisadiyyata hansı təsirləri olacaq və pandemiya dönəmində böyük dövlətlər arasında siyasi, xüsusən də ideoloji gərginliklərin yaşanması mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Bu pandemiya məhz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Bretton-Vuds sistemini çökdürməyə yönəlmiş addımlar kimi qəbul edilə bilər”.

Rusiya, Çin və digər avtoritar ölkələrin demokratiyanın qlobal təhdidlərə, o cümlədən pandemiyaya qarşı səmərəli müqavimət göstərmək qabiliyyətinin olmadığını qeyd etdiklərini xatırladan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, buna əsas səbəb avtoritar rejimlərin demokratik Qərbə nisbətən prosesin öhdəsindən daha yaxşı gəlməsi hesab olunur. Bu, sanki avtoritarizm və sosializmin demokratiya və liberalizm arasında ideoloi sağqalma mübarizəsinə çevrilmiş oldu. Yəni iki zidd qütb ölüm-dirim savaşı verməkdəsir və belə görünür ki, bu savaşı avtoritarizm qazanmaqdadır:

“Koronovirus pandemiyasının qlobal miqyasda yaratdığı təşviş şübhəsiz ki, nə vaxtsa başa çatacaq, bu, bəlkə də ən yaxın zamanlarda baş verəcək. Lakin onun özündən sonra dünyanın siyasi, iqtisadi, maliyyə-ticarət, sosial, mədəni və bütün digər sahələrində dərin iz buraxacağı şübhəsizdir. Bu barədə artıq dünyanın ən tanınmış şəxsləri açıq şəkildə fikirlərini bildirirlər. Məsələn, ABŞ görkəmli dövlət xadimi Henri Kissincer bu günlərdə yazdığı məqalədə qeyd edib ki, dünyada bir çox ölkələr fəlakətləri öncədən görmə, onların qarşısını almağa olan inam nəticəsində birləşir, öz sabitliklərini qoruyurlar. Lakin pandemiya bitdikdən sonra həmin ölkələrin qurumlarının səmərəsizliyi sübuta yetirilmiş olacaq.

Reallıq bundan ibarətdir ki, koronavirusdan sonra dünya daha əvvəlki kimi olmayacaq. Paradoks ondan ibarətdir ki, Rusiya, Çin və digər avtoritar ölkələr demokratiyanın qlobal təhdidlərə, o cümlədən pandemiyaya qarşı səmərəli müqavimət göstərmək qabiliyyətinin olmadığını qeyd edirlər. Buna əsas səbəb onların demokratik Qərbə nisbətən prosesin öhdəsindən daha yaxşı gəlməsi hesab olunur. Bu, sanki avtoritarizm və sosializmin demokratiya və liberalizm arasında ideoloi sağqalma mübarizəsinə çevrilmiş oldu. Yəni iki zidd qütb ölüm-dirim savaşı verməkdəsir və belə görünür ki, bu savaşı avtoritarizm qazanmaqdadır .

Digər tərəfdən, Qərbin avtoritar rejimlər hesab etdiyi Türkiyə ümumiyyətlə sərt karantinə keçmədi, Belarus isə karantin tətbiq etmədi. Belə bir şəraitdə orada xəstəlik tüğyan etməli olduğu halda statistika heç də gözlənildiyi kimi dəhşətli rəqəmlər ortaya çıxarmır.

Nəzakət Məmmədova: “Avropa Birliyi, BMT, ATƏT, Avropa Şurası, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi təşkilatlar heç də səmərəli fəaliyyət göstərmədiklərini bir daha sübut etdilər”.

Dünyada post-pandemiya dövründə böyük ehtimalla anti-qlobalistlərin rolu artacaq və qloballaşmanın zərərli tərəflərinin təbliğatı güclənəcək. Bu, həm Soyuq müharibə, həm də pre-pandemiya reallıqlarının inkarına bəraət qazandıran yeni bir yanaşmanı ortaya qoyan sistem formalaşdıra bilər. Avropa Birliyi, BMT, ATƏT, Avropa Şurası, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi təşkilatlar heç də səmərəli fəaliyyət göstərmədiklərini bir daha sübut etdilər. Pandemiya qloballaşma prosesinə böyük zərbə vurdu.

Avropa Birliyinin üzvləri isə sübut etdilər ki, dünya dövlətlərinin nəinki Vahid Dünya hökumətində birləşmək perspektivi yoxdur, çünki ən sivil, demokratik birlik olan AB belə təhlükə qarşısında öz ali dəyərlərinə deyil, sağ qalmaq instiktinə əsaslanan davranışlara üstünlük verir. Elə bu pandemiya da məhz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Bretton-Vuds sistemini çökdürməyə yönəlmiş addımlar kimi qəbul edilə bilər. Pandemiyadan əvvəl heç bir ölkə BVF-dən pul almağa meyl göstərmirdisə, lakin indi onların sayı xeyli artıb. Tarixdə bəlkə də ilk dəfə əvvəlki yüzilliklərdə yalnız müharibələr yolu ilə dəyişən dünya nizamının digər bir fenomen - pandemiya vasitəsilə dəyişməsinin şahidi oluruq”.

Nərminə UMUDLU
pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar