Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ölkə rəhbəri normal bir vəsait ayırıb,doğru bölüşdürün, xahiş edirəm!" - Deputat

“Ayda 25 AZN-ə yaşaya bilərsiniz?”...

“Parlament seçkisi müddətində də yüzlərlə şikayət almışdım ki (əminəm ki, MM-də oturan bütün hörmətli millət vəkilləri analoji şikayətlərlə qarşılaşıblar), adımıza torpaq, maşın, traktor nə bilim nə olduğuna görə sosial yardım ala bilmirik. Əksəriyyətin də adına nə qədər torpaq olur ki? 40 sot, 60 sot, bir hektar. Bu gün də dövlət başçısının 2.5 milyard ayırdığı dəstək vəsaitindən bu tip insanlara yardım düşmədiyini deyirlər. Ölkə rəhbəri normal bir vəsait ayırıb. Doğru bölüşdürün, xahiş edirəm!”

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Yaşadığı evin içində belə torpaq üzərində yaşayan biri kimi (evimizdə taxta döşəmə yox idi, elə torpağın üzərinə xalça salırdı rəhmətlik anam), qohum-əqrəbası yenə də torpaqda çalışan biri kimi deyirəm. Kəndlilərin əksəriyyəti o torpaqlardan maksimum ildə 200-300 manat qazanır. Bəxti gətirən 500-600 manat. Orta rəqəmlə 300 AZN götürək. Onu bölək 12 aya = ayda 25 AZN. Ayda 25 AZN-ə yaşaya bilərsiniz? Adında torpaq var deyib, vətəndaşları yardımdan məhrum etməyin. Vallah, günahdır! Vətəndaşlar ehtiyac içindədir və onlar sahib olduqları torpağı kasalara doldurub yeyə bilməzlər!” – R.Nurullayev qeyd edib. (Pravda.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar