Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Firudin Hacıyev İşlər İdarəsini qohumbazlıq prinsipi ilə idarə edir

Milli Məclisin spikeri islahatlara kimdən başlamalıdır?...

Milli Məclisin yeni seçilmiş sədri Sahibə Qafarovanın parlamentin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında sərəncam imzalaması cəmiyyətdə böyük rezonans və rəğbətlə qarşılandı.

Məlum sərəncamda qeyd olunduğu kimi, bu qərar Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün qurumun Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulması məqsədi ilə qəbul olunub

Çox qısa müddətli spiker fəaliyyəti ilə ictimaiyyətin geniş rəğbətini qazanmış Sahibə Qafarovanın bu sərəncamı Milli Məclisin Aparatında və İşlər İdarəsində çalışan şəxslərin faəliyyəti və kimlikləri mövzusunu medianın gündəminə gətirdi.

Ayrı-ayrı mətbu orqanların apardığı araşdırmalar nəticəsində ortaya olduqca dəhşətli mənzərə çıxdı. Bəlli oldu ki, indiyədək Milli Məclisin Aparatında və İşlər İdarəsində kadr siyasəti daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilib. Çünki, hazırda Milli Məclisin Aparatında və İşlər İdarəsindəki bir çox mühüm postları ayrı-ayrı icra başçılarının, deputatların, oliqarxların övladları “zəbt edib”.

Son olaraq, Milli Məclis Aparatının əməkdaşı, “tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğlu Rəmzi Şükürovun karantin postundakı polislərin qanuni əmrlərinə tabe olmamaqla yol qurğularını qıraraq ərazidən qaçması faktı Milli Məclisin Aparatında və İşlər İdarəsindəki kadr siyasətinin meyarlarını çılpaqlığı ilə ortaya qoyur.

Bu xüsusda Editor.az-a olduqca maraqlı məlumatlar daxil olub. Məlumatlara əsasən, ali qanunverici orqanı qohumçuluq prinsipi ilə idarə edənlərin siyahısında ilk pillərdə 30 ilə yaxındır Milli Məclisin İşlər idarəsinin müdiri vəzifəsində çalışan 73 yaşlı Firudin Hacıyev gəlir.

Daxil olan məlumatlara görə, hazırda F.Hacıyevin baldızı oğlu İmran Bədirov Milli Məclis aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdir müavini, digər baldızı oğlu Sərxan Bədirov maliyyə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır.

Bundan başqa İşlər müdirinin qardaşı qızı Seva Hacıyeva TÜRKPA-nın mühasibi və işlər idarəsinin məsləhətçisi postlarını tutur.

İddialara görə, ümumiyyətlə Milli Məclisin İşlər İdarəsində çalışan əməkdaşların və sürücülərin əksəriyyəti Firudin Hacıyevin qohumlarıdır.

Görünür, Firudin Hacıyevin 30 illik müdirliyi onu o qədər arxayın salıb ki, Milli Məclisdə ailə-klan hakimiyyəti qurmaqdan belə çəkinməyib…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar