Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Normalda öləsi olanlar, nəinki acından ölmürlər, əksinə lyuks həyatı yaşayırlar”

Bu gün Azərbaycanda heç bir həyasız, utanmaz, şərəfsiz, ləyaqətsiz, normalda öləsi olanlar nəinki acından ölmürlər...

Milli Məclisə sonuncu seçkilərin və bütün dünyanı lərzəyə gətirmiş Koronavirusun cəmiyyətimiz üçün çox mühüm bir yaxşılığı oldu. 30 il Azərbaycan mətbuatının, müxalifətinin, ziyalı təbəqəsinin görmədiyi işi bu ikisi gördü. Onlar bütün Azərbaycana, o cümlədən hakimiyyətə göstərdilər ki, heç birinin həqiqətən bu ölkədən acından ölənlərdən, dözülməz demirəm, təsəvvür edilməz şəraitdə yaşayanlardan xəbərləri yoxdur”.

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, ən dəhşətlisi və ağrılısı odur ki, bu hakimiyyət və xalq tərəfindən unudulmuşlar elə bu ölkənin ən abırlı, ən sakit, ən təvəzökar vətəndaşlarıdırlar, çünki bu gün Azərbaycanda heç bir həyasız, utanmaz, şərəfsiz, ləyaqətsiz, normalda öləsi olanlar nəinki acından ölmürlər, əksinə lyuks həyatı yaşayırlar: “Onların əksəriyyəti bu ölkədə imtiyaz sahibləri - tanınmışlardırlar. Qalanları isə Səlim Müslümov tərəfindən bir neçə növ təqaüd, müavinət və sair ödəmələrlə təmin ediliblər. Mətbuatın qəhrəmanları da bunlar yox, yuxarıda sadaladıqlarımdır. Bəzi hallarda isə belələri mətbuatla işbirliyində özləri üçün bədbəxt hallardan çox uğurlu biznes də qururlar. Ən əsası isə bu iki hadisə hakimiyyətin uğurlu sosial siyasətinin söz yığını olduğunu və regionlara ayrılmış 70 milyardın mütləq əksəriyyətinin mənimsənildiyini, əhalininin pis durumunu gizlətmək üçün çəkilmiş divarlara, qışda insanların yıxılıb əl-ayağını sındırdığı, yayda istidən üstündə qovrulduqları daş döşəmələrə, ilboyu qapıları qıfıllı qalan mədəniyyət mərkəzlərinə, idman komplekslərinə və s. insanların içinə girmədikləri, ancaq göstərici üçün tikilmiş böyük saraylara xərclənibdir”.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar