Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağ RİH tənha yaşayan yaşlılara və aztəminatlı ailələrə ərzaq sovqatı paylayıb

Qaradağ RİH aztəminatlı yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq sovqatı paylayıb...

Aprelin 9-da könüllülər tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət 250-dən çox sovqat paylanılıb.

Koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti sosial aksiyaları davam etdirir.

Aksiya çərçivəsində 09 aprel 2020-ci il tarixində könüllülər tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət 250-dən çox sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və bildirilib ki, hər bir yaranmış çətinliklə bağlı Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə bilərlər.

Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bu həssas dövrdə vətəndaşlarımızı evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə bir daha çağırış olundu.

pia.az


Etiket: Qaradağ RİH 


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar