Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: “Türk Şurası epidemiyadan sonrakı dövrə hazırlaşmalıdır"”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının “COVID-19 infeksiyasına qarşı mübarizədə əməkdaşlıq və müqavimət” adlı videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündə çıxış edib...

O, deyib ki, hazırda görünməz düşmənə qarşı çətin mübarizə aparırlar.

Dövlət başçısı virusa qarşı mübarizə məqsədi ilə quruma üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans keçirərək təcrübə mübadiləsi edəcəklərini də vurğulayıb: “Türk Şurası zirvəsi koronavirusun yayılması ilə mübarizədə həmrəyliyimizi gücləndirəcək. İnfeksiyanın təsiri ilə eyni zamanda qlobal iqtisadi böhranla üz-üzəyik. Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilər. Beynəlxalq ticarət və yük daşınması təchizat zənciri baxımından vacibdir”.

“Koronavirusa qarşı mübarizədə əlbəttə, qalib gələcəyik. Bundan sonra yeni bir dünyanın reallığı ilə qarşılaşacağıq. Mübarizəmizə davam edərkən, epidemiyadan sonrakı dövrə hazırlaşmalıyıq. İnkişafa vahid şəkildə yanaşmalı, əməkdaşlıq sahələrini müəyyənləşdirməli və tez bir zamanda lazımi addımlar atmalıyıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.

O, 65 ölkədən Türkiyənin 25 mindən çox vətəndaşını geri gətirilməsinə nail olduqlarını da vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilir.

Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar