Çərşənbə axşamı, 20 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Kim Çen Inın dəfn" videosu yayılıb

Şimali Koreyanın Çin ilə həmsərhəd ərazilərində "Kim Çen Inın ölümü" barədə videorolik yayılıb...

Son günlər Şimali Koreya lideri Kim Çen Inın həyatı və səhhəti ilə bağlı yayılan məlumatlar dünya mediasında ciddi maraq doğurdu.

Biz artıq 36 yaşlı diktatorun barəsində yayılan dedi-qodular haqda Şimali Koreyadan gələn təkziblər haqda bir neçə dəfə yazmışıq. Buna baxmayaraq, onun səhhəti ilə bağlı daxil olan yeni mesajların əhəmiyyətsizliyi barədə danışmaq hələ tezdir.

"Daily NK"nın məlumatına görə, Şimali Koreyanın Çin ilə həmsərhəd ərazilərində "Kim Çen Inın ölümü" barədə videorolik yayılıb.

Mənbəyə görə, Şimali Koreya hakimiyyəti partlayış effektli videorolikin ölkəyə necə girdiyini araşdırır.

Qeyd edək ki, videorolik Şimali Koreya televiziyasının formatına uyğun hazırlanıb. Beş dəqiqəlik videoyazıda "sevimli və ali lider, yoldaş Kim Çen Inın aprelin 25-də vəfat etdiyi və bacısı Kim Yo Jongun varisi olacağı" mövzusunda məlumatlar var.

Görüntülərdə "Kim Çen Inın cənazəsi"nin görüntüləri və "The Peoples Korea" adlı əslində mövcud olmayan qəzetin "məqaləsindən" şəkillər də yer alıb. "Daily NK"nin məlumatına görə, video rekord sürətlə Şimali Koreyaya yayılıb. Bu ölkənin hakimiyyəti təcili olaraq videorolikin mənbəyini müəyyən etməyə çalışır, bunun "ictimai problem" olaraq ortaya çıxacağından narahatdır.

"Daily NK" adlı əsasən Şimali Koreyalı qaçqınlar tərəfindən qurulan və Cənubi Koreyada yerləşən sayt aprelin 12-də Kim Çen Inının ürək əməliyyatı keçirdiyini bildirib. Bununla birlikdə mediada onun həqiqətən əməliyyat keçirmədiyi və ya səhhətinin çox ciddi olduğu barədə yeni söz-söhbətlər ortaya çıxıb.

Dünən Cənubi Koreya prezidentinin müşaviri Moon Joying CNN telekanalına verdiyi müsahibədə Şimali Koreyalı diktatorun ölümü ilə bağlı dedi-qoduları rədd edərək "Kim salamatdır və özünü yaxşı hiss edir", deyə münasibət bildirib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədində yerləşdirilib

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

Ceyhun Məmmədov və Zöhrab Mnatsakanyan Vaşinqtonda masaya oturacaqlar - Pompeo dəvət etdi

Paşinyanın döyüşlər başlayandan atəşkəs üçün zəng edib yalvardığı ölkələr

Bu içkilər ürək-damar xəstəlikləri riskini azaldır

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

Həkim ən təhlükəli ayaqqabı növünü açıqladı

Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda

Ordumuz düşmənin daha bir neçə hərbi texnikasını məhv etdi - Video

loading...

Ən çox oxunanalar